Allah hər şeyə güc yetirəndir

Kainatın sonunun necə olacağı sualı illərdir ki, insanların zehnini məşğul edir. İnsanın ağlına olduqca çox səbəb gələ bilər, amma Allah dilədiyi təqdirdə belə bir hadisənin heç bir səbəb olmadan bir anda gerçəkləşəcəyini unutmamaq gərəkdir. Elmi araşdırmalar nəticəsində ortaya çıxan ehtimallar üzərində düşünməyimiz və o gün gəlmədən əvvəl Allah`a dönüb yönəlməyimiz üçün bir xatırlatmadır. Allah nə zaman və nə şəkildə diləyərsə, o çox ağır gün gerçəkləşəcək. Möminlər qiyamət gününün Allah dərgahında təyin olunmuş zamanda gerçəkləşəcəyinə qəti inanırlar. O gün Allah`ın Quranda tərif etdiyi şəkli ilə insanların qarşısına çıxacaq. Quranda Allah`ın hər şeyə güc yetirən olduğu bu şəkildə açıqlanır:

“...Onlara vəd etdiyimizi göstərəcəyik. Həqiqətən, Biz onlara qadirik!” (“Zuxruf” surəsi, 42)

Bəlli olduğu kimi, bu gün mövcud nizamın pozulması və dünya üzərindəki canlı aləmin yox olması üçün saysız səbəblər var. Üstəlik, bu səbəblər zaman keçdikcə daha da artır və ciddi ölçülərə çatır. Dünya sürətlə özü üçün təyin edilmiş sona doğru hərəkət edir və bunun açıq əlamətləri var. İnsanların çoxu görməzlikdən gəlsə də, qiyamət günü sürətlə yaxınlaşır. Quranda bu həqiqətə mühüm şəkildə işarə edilmişdir:

“O saat mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini alsın”. (“Taha” surəsi, 15)

Bir xeyli alim sadəcə elmi dəlillərə və tədqiqatlara istinad edərək kainatın bir gün qəti şəkildə yox olacağı fikrində birləşir. Qəzet, jurnal və televiziya kimi bir çox mətbu orqanı alimlərin tədqiqatlarının nəticələrindən tez-tez misallar verir. Sözügedən həqiqətin fərqində olan bu adamlar dünyamıza dörd bir yandan yaxınlaşan fəlakətləri önləmək və bu səbəblə, kainatın ölümünü ertələyə bilmək ümidi ilə bütün ehtimalları araşdırır, bu mövzularda ciddi çalışmalar aparır. Araşdırılan digər bir mövzu isə bu ehtimalların gerçəkləşəcəyi təqdirdə dünyamızda meydana gələcək fiziki dəyişikliyin və bunun həyata təsirinin hansı şəkildə olacağı ilə bağlıdır. Həmçinin gerçəkləşdirilən çalışmalar nəticəsində ortaya çıxan faktlarla Allah`ın Quranda bildirdiyi o günə aid hadisələr bir çox yönlərdən bir-birinə bənzəyir.