Günəşin öz ömrünü tamamlaması
Bəlli olduğu kimi, kainatı təşkil edən göy cisimləri doğulur və varlıqlarını bəlli bir müddət davam etdirdikdən sonra ölürlər. Günəşimizin də belə məhdud bir ömrü var. Kainat qapalı, ya da açıq kainat modellərindən biri ilə sona çatmadan əvvəl Günəşin öz ömrünü tamamlaması ehtimalı aktual mövzudur. Günəşin ömrünü tamamlaması isə əlbəttə, dünyanın da ölməsi anlamına gəlir.
Təxminən 5 milyard yaşı olan Günəş 1 saniyədə 564 milyon ton hidrogeni 560 milyon ton heliuma döndərərək yerdə qalan 4 ton maddəni enerjiyə çevirir. 11 Günəş hidrogeni yandırıb istehlak həddinə gələndə dünyanın sonu gələcək. Bu həddə mərkəz təbəqələrində qatı halda olan hidrogenin yerinə helium artmağa başlayacaq, bu anda 20 milyon dərəcə olan Günəşin mərkəzdəki temperaturu 100 milyon dərəcəyə çatacaq. Beləliklə, Günəşin mərkəzi olduqca qaynar bir qor halına gələrkən ətrafı da getdikcə şişən xarici təbəqələrdən təşkil olunmuş bir forma alacaq, Günəşə sarının yerinə qırmızı bir rəng hakim olacaq. Günəş qırmızı bir nəhəngə çevriləcək.
Alimlərin bu həddən sonra proqnozlaşdırdığı proseslər isə belədir: dünyadakı həyatın can damarı olan Günəş həddən çox böyüyüb şişər və ətrafındakı geniş sahəni əhatəsi altına alar. Daha sonra ətrafında olan planetlərə atəş və alov püskürməyə başlayar. Bunun təbii nəticəsi olaraq ətrafındakı bütün kiçik planetlər yox olmağa başlayar. Ətraf mühit bu anda olandan daha isti olmasa da, həcmcə çox iriləşdiyindən yaxınında olan planetlər yaydığı istidən daha çox təsirlənər. İlk öncə Merkuri, ardınca da Venera Günəşin şüaları ilə əriyər.
Bildirdiyimiz kimi, dünya üzərindəki canlı aləmin davamı ancaq kainatda var olan olduqca çox həssas tarazlığın qorunmasına bağlıdır. Məsələn, dünyanın Günəşə indiki uzaqlığından bir az daha yaxın olması bütün canlı həyatın yanıb qovurulması üçün yetərlidir. Bu səbəbdən, Günəşin şişməyə başlayanda daha dünyaya çatmadan dünyadakı nizam bundan daha çox təsirlənəcəkdir. Günəşin Merkuri və Veneranı qovurduğu bir həddə dünyanın, əslində, bütün tarazlığı pozulmuş olacaq. Bu sırada dünyada həyatdan söz getməsi mümkün deyil. Bir müddət sonra Günəşin yaydığı şüalarla, əvvəlcə, okeanlardakı sular həddən artıq istidən buxarlanacaq, dağ-daş bir anda əriyərək qaz halına gələcəkdir. Bütün dünya bir göz qırpımında yanaraq bir ovuc toz halında kosmosa qarışıb gedəcəkdir. Bu, dünyamızın sonudur. Alimlər bu nəticəyə Günəş böyüklüyündəki ulduzlar üzərində apardığı tədqiqatlar nəticəsində gəliblər. Bizdən uzaqda görünən bir çox ulduz tərif etdiyimiz bu qırmızı nəhəngə çevrilir. Qırmızı nəhəngin ətrafına göstərdiyi təsirlər səbəbi ilə də kosmosda hər an bir növ qiyamət qopur.12 Günəşin bütün enerjisi tükəndikdən sonra iç təbəqələrinin ağırlığını qaldıra bilməyəcək və bu təbəqələr nüvəyə doğru çökməyə başlayacaq. Bunun nəticəsində də daha kiçik, daha yoğun və daha soyuq "ağ cırtdan" meydana gələcək. Bu mərhələdən sonrakı milyardlarla il ərzində də soyuyaraq işıq saça bilməyəcək.
Başqa bir alim Günəşdəki enerji azalmasını bu şəkildə ifadə edir:
"Günəşə gəlincə o, sonsuzadək nəşəli-nəşəli yanmağını davam etdirməyəcək. İldən-ilə yanacaq ehtiyatı azalır, belə ki, sonda soyuyub donacaqdır. Eyni əlamətlə Günəşin atəşi onu sadəcə məhdud bir zamanadək alışdıracaq; o, enerjinin sonsuz qaynaqlarına sahib deyil." 13
Bu vəziyyət yox olmaqla nəticələnəcək ehtimallardan sadəcə biridir. Bu hadisələrin təbii nəticəsində Günəşdən gələcək fəlakət qaçılmaz bir aqibətdir. Ancaq aparılan tədqiqatlar dünyanın sonunu hazırlaya biləcək olduqca daha çox təsirin olduğunu göstərmişdir.