Kainatın sonu: açıq və qapalı kainat
Daha əvvəl də bildirdiyimiz kimi, kainat Allah`ın daha əvvəl başqa bir səbəbi vasitə etməsi xaricində ya qapanıb yeganə bir nöqtədə toplanaraq, ya da sonsuza qədər genişlənərək yox olacaq. Kainatın qapalı və ya açıq, hansı modellə sona çatacağını təxmin etmək üçün kainatdakı kütlə miqdarını bilmək gərəkdir.
Kainatın kütləsini ölçmək son dərəcə çətin olduğundan alimlər kütlə yerinə sıxlığı ölçməyi qərara almışlar. Çünki əgər kainatın sıxlığı kritik sıxlıq dediyimiz bir dəyərə çatırsa, sahib olduğu cazibə gücü qalaktikaların fəzada süzmə (qaçış) sürətini üstələyə bilir. Beləliklə, kainat bütün qalaktikaları özünə doğru çəkə bilər. Ancaq sözügedən sıxlıq kritik bir dəyərə çatmırsa, genişlənmə sonsuza qədər davam edər. Çünki bu cazibə qüvvəsi qalaktikaların qaçış sürətini üstələyə bilməz. Bu nöqtəyə istinad edən saysız alimlər kainatın sonunu öyrənmək məqsədi ilə çox çeşidli araşdırmalar aparmış, teleskop başında dayanaraq saatlarla qalaktik sistemlərdən gələn şüaları analiz etmişlər.
Bunun üçün qalaktik sistemlərin sürəti, ölçüsü, parlaqlıqları, uzaqlıqları hesablanıb, kainatın həqiqi sıxlıq dəyəri araşdırılıb. Əldə edilən ilk məlumatlar kainatdakı hazırkı mövcud sıxlığın kritik sıxlığın dəyərinə olduqca yaxın olduğunu göstərmişdir. Yəni kainatın qapalı olması ehtimalı daha yüksək olaraq müəyyən edilib. Daha sonra bu çalışmaya 1986-cı ildə iki amerikalı tədqiqatçı Edvin Loh və Örl Spilar minlərlə qalaktikanı öyrənərək əldə etdikləri nəticələr də əlavə olunanda kainatın qapalı olması ehtimalı 90 faizə çatdı.
Ayrıca, bu 90 faizlik ehtimalı ortaya çıxaran sıxlıq hesablanarkən hesaba qatılmayan və işıq yaymayan qara dəliklər kainatın sıxlıq dəyəri hesablanarkən heç nəzərə alınmamışdı. Buna görə, kainatdakı sıxlıq dəyəri qara dəliklərin də hesaba alınması ilə bir miqdar da artacaq. Son illərdə adına qaranlıq maddə deyilən və bütün qalaktikaları dolduran, gözlə görünməyən maddələrin sıxlığını da bunlara əlavə etsək, ortaya çıxan tablo kainatın genişlənməni buraxıb öz içinə çökəcəyi ehtimalının mümkün olduğunu göstərir. Həmçinin dr. Con Qribbin: “Bu zaman qapalı kainat modeli üçün ortaya atılan dəlillər indiyə qədər heç bu qədər qüvvətli olmamışdı”, - deyir. 8
Yəni olduqca kritik bir yaş və tarazlıqda olan kainat hər an qiyamətə hazır vəziyyətdədir. Allah Quranda “Ənbiya” surəsinin 104-cü ayəsində kainatı yaratmağa başladığı vəziyyətinə döndərəcəyini bu şəkildə bildirir:
“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. O gün insanları ilk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”. (“Ənbiya” surəsi, 104)
Ayə ilə qapalı kainat modelinə diqqət çəkilməsi ehtimalı yüksəkdir. Bura qədər anlatdıqlarımızdan da göründüyü kimi, elmi məlumatlar da kainatın təkrar büzüşmə ehtimalının yüksəkliyini göstərir. Belə ki, materialist ideologiyasının tərəfdarları da əldə edilən nəticələrin mütləqliyi qarşısında ortaya çıxarılacaq yeni bir iddia tapa bilməyiblər.
Çikaqo Universiteti (ABŞ) astronomiya bölümünün sədri Şermann keçmişdən kainatın qapalı olduğu fikrinin fəlsəfi və dini təməllərə dayandığını, ancaq bu anda modelin doğruluğunu sübut edən bir çox nəzəri və praktiki dəlillərin olduğunu bildirir. 9
Bəli, kainatımız 15 milyard ildir genişlənir. Fəqət ortaya çıxan nəticəyə görə, böyük ehtimalla Allah qatında zamanı bəlli bir gündə cazibə qüvvəsi genişlənməyə hakim olacaq və genişlənmə dayanacaq. İfrat dərəcədə sıx və qapalı bir kainatda cazibə qüvvəsi hökmran hala gəlincə hər şey öz içinə çökməyə başlayacaq. Hər şey tərsinə döndüyündə o zamana qədər soyuyaraq genişlənən kainat daralaraq istiləşməyə başlayacaq, bütün qalaktik sistemlər sürətlə bir-birinə yaxınlaşacaqlar.
Bu modelə görə, bir gün cazibə qüvvəsi qalaktikaların genişlənməsini saxlayacaq və qalaktikalar bu nöqtədən etibarən getdikcə artan bir sürətlə bir-birinə doğru irəliləməyə başlayacaqlar. Kosmosda şiddətli toqquşmalar olacaq, nəhəng göy cisimləri iç-içə keçməyə, birləşməyə başlayacaqlar. Ay, günəş, dünya, bütün planet və ulduzlar birləşəcək, getdikcə büzüşəcək və daralan kainat yaşanan bu prosesin sonunda bir nöqtədə toplanıb yox olacaq. Dünyanın orbitində meydana gələcək bir fərqin bütün canlıların yanmasına və ya donmasına səbəb olacağını, atmosferdəki kiçik bir dəliyin canlı aləmə nə qədər mənfi təsir edəcəyini, dünyanın 23-27 dərəcəlik arada kiçik bir dəyişiklik olması ilə mövsümlərin dəyişməyəcəyini bilirik. Beləliklə, həssas tarazlıq üzərində qurulan nizamın kainatın büzülmə prosesinə girdiyində nə qədər mənfi təsirlənəcəyini təxmin etmək heç də çətin deyil.
Allah Quranda qiyamət günü Ayla Günəşin birləşəcəyini bildirir. Bu ayələrin qapalı kainat modelinə diqqət çəkməsi ehtimalı var. Büzülmə gerçəkləşsə, bəlli bir zamanda dünyanın, Günəş sistemindəki digər planetlərin, Ayın və Günəşin bir-biri ilə birləşəcəyi böyük bir ehtimaldır.
Yenə Quranda ulduzların yerlərindən sürüşüb töküləcəyi ulduzların səpələnəcəyi bildirilmişdir (“Təkvir” surəsi, 2). Bu ayədə, eyni zamanda, qapalı kainat modelinə diqqət çəkilmiş ola bilər. Çünki bu ehtimalda da hər bir ulduz özünə aid orbitdən çıxıb bir araya gələcək. Geriyə doğru daralan kainatda kosmik zaman ölçüsü də geriyə doğru işləyəcək. Bu vəziyyətdə Yer üzündə görülməsi ehtimal edilən hadisələrlə qara dəliyə girilməsi mərhələsində gözlənən hadisələrin bənzər olma ehtimalı var. Çünki hər şey tərsinə dönəndə cazibə qüvvəsi də tərsinə dönər, Yer ağırlıqlarını çölə atar. Yer üzü sallanar, dağlar parça-parça olar, dənizlər daşar. Nə qədər sürəcəyi bəlli olmayan bir proses içində Allah`ın Quranda qiyamətlə bağlı təsvir etdiyi hadisələr gerçəkləşər.
Qısaca bunu söyləyə bilərik: qapalı kainat modeli gerçəkləşəndə bütün kainat daha əvvəl də bildirdiyimiz kimi, tək bir nöqtədə birləşib yox olacaq.
Genişlənən kainat modeli də kainatın qurtuluşu demək deyil. Bu modelin gerçəkləşməsinin mənası kainatın başqa hadisələrlə yox olacağıdır. Kainatın yaradıldığı andan bəri müntəzəm şəkildə sıxlığı artmış və temperaturu mütləq sıfıra çox yaxınlaşmışdır. Kosmosun hazırkı temperaturu -270 dərəcədir ki, bu dərəcə mütləq sıfırdan təkcə 3 dərəcə yüksəkdir. Kainatın genişlənməyə davam etdiyi müddətdə temperatur daha da düşəcəkdir. Canlı aləmin yaranması üçün gərəkli olan istilik -270 dərəcədir. Buradan 1 dərəcə az və ya 1 dərəcə çox olması bütün canlıların ölməsi mənasına gəlir.10Kainat genişlənməyə davam etdiyi müddətdə bu nisbətin sabit qalması ehtimalı yoxdur. Temperatur düşəndə bəşəriyyət yer üzündən silinəcək.
Son tədqiqatlardakı mütləq kəşflər qapalı kainat modelinin gerçəkləşə biləcəyi ehtimalını ortaya qoyur. Ancaq alimlərin müfəssəl araşdırmaları nəticəsində gəldikləri yekdil nəticə modellərdən hansı hakim olursa olsun, kainatın aqibətinin dəyişməyəcəyidir. İki modeldə də kainat öləcək, fəqət bu ölüm fərqli şəkil və nəticələrlə olacaq. Qarşıdakı bölümlərdə müfəssəl şəkildə anladıldığı kimi, hər iki model dünyaya qiyaməti gətirəcək. Fəqət bunun yanında dünyanın sonunu gətirə biləcək başqa səbəblər də var. Bunlardan biri Günəşin öz ömrünü tamamlamasıdır. Allah`ın yaratdığı səbəblər daxilində kainat bu modellərdən biri ilə yox olacaq. Ancaq əlbəttə ki, hər şeyin ən doğrusunu Allah bilir.