Qiyamət günü müəyyən edilmiş bir vaxtdır

Zaman irəlilədikcə qiyamətin baş verəcəyi ana doğru sürətlə yaxınlaşırıq. İnsanların böyük çoxluğu qiyamət vaxtını özlərindən çox sonrakı nəsillərin qarşılaşacağı bir hadisə sayır. Burada bu həqiqəti xatırlatmaq faydalı olardı. Heç şübhəsiz ki, bizlərdən əvvəlki nəsillər də eyni düşüncə ilə hərəkət ediblər və uzaq gələcəkdəki bu hadisəni əsla düşünməyiblər. Elə isə dünya üzərində ilk insanın yaradılışından etibarən yaşamış olan bütün adamlar qiyamət günü gerçəkləşəcək hadisələrin şahidi olacaq, Allah`ın hüzurunda toplaşacaq və heç kimsə üçün bir qaçış mümkün olmayacaqdır. Üstəlik, siz gündəlik həyatınıza davam edərkən, gələcək üçün planlar hazırlayarkən bu günün olmayacağına dair bir zəmanət də yoxdur. Mütləq gerçəkləşəcək qiyamətin vaxtı yalnız Allah tərəfindən müəyyən edilib və onun vaxtını yalnız Allah bilir. Ayələrdə bu mövzu ilə bağlı belə buyurulur:

“De: “Məni sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm! Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz”. (“Cin” surəsi, 25-26)

Allah böyük bir nizam içində yaratdığı həyatı bizim bilə bilmədiyimiz bir vaxt bütün nizamı ilə birlikdə sona çatdıracaq. İnsanların böyük bir çoxluğu bu aqibətə şübhə etməyi və buna inanmamağı məqbul sayır və bu səbəblə, inkarçılığı üstün saymış ola bilir. Ancaq tərif edilən bu son gün inkarçılar üçün olduqca çətin, qorxulu bir gün olacaq. Bu səbəblə, inanmayaraq olacaqları gözləmə yerinə, varlığına şübhə duymadan qiyamət gününə iman etmək insanı onun özü üçün daha çox əhəmiyyətli və qazanclı bir nəticəyə çatdıracaq. Çünki dünyada xərclədiyi cəhdlərin boş bir səy olduğunu qiyamət saatı ilə anlayan bir insanın peşmançılığı izahı olduqca çətin olan çox şiddətli bir peşmançılıqdır. Allah bir ayədə belə buyurur:

“O böyük bəla (qiyamət) gələndə, o gün insan nələr etdiyini yadına salacaqdır”. (“Naziyat” surəsi, 34-35)