Ölümlə başlayan əsl həyat

Təxminən 60-70 ilə qədər qısa bir ömrü İslamın hökmlərini qoruyaraq keçirən möminlər ilə həvəslərinin ardınca qaçaraq Allah’ı və din gününü unudan kafirlərin alacağı qarşılıq çox fərqlidir. Bu fərqlilik ilk olaraq ölüm anında ortaya çıxır. Mələklər möminlərin canlarını gözəlliklə alarkən kafirlərin canını çətinlik içində çıxarırlar. Mələklər möminlərə salam verib onları cənnətlə müjdələyirlər. Ayələrdə bildirildiyi kimi, ruhları bədənlərindən xəfif şəkildə alınır. İnanan hər insan qaçılmaz olduğunu bildiyi və buna görə həyatı boyu hazırlıq gördüyü sonsuz həyatın giriş qapısı olan ölümlə sevinclə qarşılaşırlar.

İnkarçılar isə həyatı boyu qaçdıqları, varlığını bildikləri halda, qulaq ardına vurmağa çalışdığı ölümlə şiddətli sarsıntılar içində qarşılaşırlar. Zəbanilər əllərini onlara doğru uzadır, üzlərinə və kürəklərinə vuraraq ruhlarını ən dərindən əzabla alırlar və onları alçaldıcı, yandırıcı bir əzaba göndərirlər. Bir ayədə belə buyurulur:

“Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını!”” (“Ənfal” surəsi, 50)

Möminlər həyatları boyu bu gün üçün hazırlanırlar və Allah’a din günündə onları alçaltmaması üçün dua edirlər. “Ali-İmran” surəsinin 194-cü ayəsində möminlərin bu duaları belə xəbər verilir:

“Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”” (“Ali-İmran” surəsi, 194)

Din günündə baş verənlər Allah qorxularını artırır. Lakin Allah möminləri o çətin günün şərindən qoruduğunu ayəsində belə bildirir:

“Əslində, biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik! Bunun əvəzində Allah da onları həmin günün qoruyar və onlara gözəllik və sevinc nəsib edər”. (“İnsan” surəsi, 10-11)

Ayədə də göründüyü kimi, Allah’dan qorxan və axirət günü üçün hazırlaşan möminlər cəhdlərinin mükafatı olaraq din günü yaşanacaq çətinliklərə qarşı qorunacaqlar. Çətin əzab isə inkarçıları gözləyir.