Dünyamızın ölümünə səbəb ola biləcək ehtimallar

Dünyanın öz mövcudluğunu davam etdirməsi üçün kainatda mövcud olan saysız şərtin eyni anda və eyni şəkildə var olması lazımdır. Bu gün bir çox alim bu detalların tarazlığın pozulması üçün nələr edilməsi lazım gəldiyini araşdırır. Kiçik bir misal göstərmək lazım gələrsə, qeyd edək ki, alimlər və ekologiya ilə bağlı qurumlar sadəcə neft, kömür kimi yanacaqlardan istifadə edilməsi səbəbi ilə ortaya çıxan iqtisadi və ekoloji məsələlərin də azaldılmayacağını bildirirlər. Mütəxəssislərin sözügedən yanacaqdan istifadə edilməsinin nəticəsi olacağını dəqiq saydığı, hətta olduqca yaxın tarixlərdə verdiyi fəlakət ssenarilərindən bəziləri: 4

1.Qanq və Nil kimi dünyanın ən uzun çaylarının deltaları sular altında qalacaq. Banqladeş torpaqlarının dörddə biri Çindəki çayların deltaları ilə sulara qərq olacaq.

2. Maldiv adaları ilə böyük okeandakı adalar və ada dövlətlər sulara gömülüb yox olacaq.

3. Böyük tarım sahələri (ABŞ-ın orta qərb bölgəsi, Avropa və Qazaxıstan) səhralaşacaq. Türkiyə böyük səhraya bənzəyəcək.

4. Yüksək bölgələrdəki donmuş torpaqlarda (Sibir və Kanada) cüzi çözülmə müşahidə ediləcək. Boru xətləri, dəmir yolları və binalar yıxılıb dağılacaq.

5. Dünyada meşə ərazilərinin üçdə biri yox olacaq. Dünyanın ağ ciyəri olan yaşıl sahələrin azalması atmosferdəki karbonun miqdarının daha da artmasına səbəb olacaq. Bu da turşu təsirinin artmasına və müxtəlif kütləvi tibbi problemlərə səbəb olacaq.

6. Tropik zonalarda görünən tayfun və siklon kimi təbiət hadisələri çoxalacaq. Xüsusilə böyük okean və Atlantik okeandakı dib axıntıları (El Nino və Gulf Stream) istiqamətini dəyişərək quru və dəniz iqlimlərini alt-üst edəcək.

7. ABŞ-ın Texas ştatı ilə Avropanın Ağ dəniz sahillərində malyariya və buna bənzər xəstəlik epidemiyası müşahidə ediləcək.

8. Alplarda və silsilə dağlarda olan buzlar və Himalay buzlarının 25 faizi əriyəcək (əriyən suyun vuracağı zərər təxmin ediləndən də çoxdur). Əriyən buzlar bir çox sahil şəhərlərinin su altında qalmasına səbəb olarkən ada dövlətlər su altında qaldıqları üçün yer üzündən silinəcəklər. Bu hadisə buralarda yaşayan 100 milyondan artıq insanın ölməsinə, ya da ekoloji fəlakətə səbəb olacaq. 5

Bunlar təkcə gözlənilən və elmi araşdırmalar nəticəsində müəyyən olunan təhlükələrdir. Dünya belə bir fazaya daxil olduqdan sonra artıq bunun qarşısının alınmasının Allah`ın diləməsindən başqa heç bir yolu yoxdur. Sadəcə olaraq 1997-ci ildə atmosferdəki karbon qazının 25 faizlik artımı qlobal istiləşməyə yol açmış, buzlar əriməyə başlamış, əriyən buz dağları okeanların səviyyəsini yüksəltmiş, qış hər zaman olduğundan daha ağır keçmiş, hədsiz yağışlar, şiddətli fırtınalar, sel basma və daşqın halları bir çox insanları fəlakətlə üz-üzə qoymuşdur. Qalınlığı sadəcə millimetrlərlə ifadə edilən ozon təbəqəsinin deşilməsi ilə dünya zərərli şüalara məruz qalmış, xərçəng xəstəlikləri çoxalmış, bitkilərdə mənfi yönlü inkişafa rast gəlinmişdir. Yaşıl Sülh Təşkilatı (Greenrease) və ABŞ alimləri Alyaskada apardığı bir araşdırmada Berinq körfəzinin sahilinin 12 km kiçildiyini müəyyən ediblər. Dənizin istiliyi 0,8 dərəcə artmış, mühüm bir tarazlıq ünsürü olan mərcanlar ölməyə başlamış və planktonların 80 faizi yox olmuşdur. 6

Son bir neçə yüz il içində dünyanın sonunu gətirə biləcək olduqca çox ehtimal ortaya çıxmışdır və günlər keçdikcə bu ehtimalların sayı daha da artır. Bu anda dünya üzərində meydana gələn hadisələr siqnal dəqiqliyi daşıyır, bir gün dünyanın sonunun mütləq gələcəyini və bu sonun get-gedə yaxınlaşdığını göstərir. Xüsusilə fiziklər və çeşidli alimlər bu narahatlığı davamlı şəkildə dilə gətirirlər:

"Əgər kainat məhdud bir nizama sahibdirsə və nizamsızlığa doğru qaçılmaz bir formada - sonda termodinamiki tarazlığa - dəyişirsə, iki çox dərin nəticəni dərhal izləməyə başlayar. Birincisi, kainat sonunda ağır-ağır yuvarlanaraq öz entropiyası içində öləcək. Bu, fiziklər arasında kainatın “isti ölümü” kimi qəbul edilir. İkincisi, kainat əbədi şəkildə yaradıla bilməz, bu üzdən məhdud bir zaman öncə tarazlığı son həddə çatacaq. Xülasə olaraq, kainat daimi var olmadı". 7

Çaşdırıcı olan məsələ ölümün bu dərəcə yaxın olması həqiqətinin qarşısında hələ öz sonunu düşünməyən, Allah`dan qorxmayan və həvəslə dünyaya bağlı olan bir çox insanın mövcudluğudur. Yenə çaşdırıcı olan məsələ ölüm həqiqəti xatırladıldığında və bu çox ağır günün təfərrüatı veriləndə insanların böyük çoxluğunun hər şeyə baxmayaraq, bütün bunları özlərindən çox uzaqda görməsidir. Quran ayələrini lap əvvəldən rədd etdiklərindən qiyamətə dair təsvirlər də onlar üçün bir məna ifadə etmir. Bu insanlar sanki heç ölməyəcəklər və dünyada sonsuza qədər qalacaqlarmış kimi hazırlıq edir, bir anda yox olacaq ömür üçün sonsuz həyatlarını təhlükəyə atırlar. Halbuki, insanın qarşısında künc-bucağa qaçacağı ölüm onu mütləq tapacaq. Nə insanın, nə də kainatın ölümü qarşısında belə bir qaçış yolu və ya həyata keçiriləcək bir tədbir vardır:

“De: “Qorxub qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (“Cumuə” surəsi, 8)

Göründüyü kimi, dünyanın bir gün mütləq yox olacağı inanc olmaqla yanaşı, həm də fiziki həqiqətdir. Bu sonu hazırlayan səbəblər özünü bir-bir göstərir, elmi tərəqqi çərçivəsində ortaya çıxırlar. İnsanların bir hissəsi Allah`ın varlığına inanmasa da, yaxud hər hansı bir dini inama sahib olmasa da, kainatın qaçılmaz sona doğru yaxınlaşdığını istər-istəməz qəbul etmək məcburiyyətindədirlər. Bu vəziyyətdə qiyamət və axirət anlayışının xaricinə yeni anlayış çıxır. Bu anlayış olduqca qorxuncdur, çünki mənası sonsuz yoxolmadır. Kainatın sonunun yaxınlaşdığını xatırladan əlamətlər insanların önündə bir neçə alternativ açır: inkarçıların bəzisinə görə sonsuz yoxolma, Allah`a inananlar üçün isə ya sonsuz əzab, ya da sonsuz nemət...

Qapalı kainat - açıq kainat modeli

Alimlər “Big Bang”in rədd edilməsi mümkün olmayan, ehtimali faktlardan əldə edilən elmi bir nəzəriyyə olması mövzusunda həmfikirdir. Buna görə, kainat sonsuz sıxlıqdakı bir nöqtənin birdən-birə böyük bir partlama ilə genişlənib yayılmasının nəticəsi olmuşdur. Bu partlama nəticəsində sürətlə dağılan, getdikcə genişlənən və soyuyan kainat zaman keçdikcə bügünkü halını almışdır.

Yaxşı, bu genişlənmə daha nə qədər davam edəcək? Bir maddənin kütləsi artıq olarsa, cazibə qüvvəsi də o nisbətdə artıqdır. Bu vəziyyətdən yüksək cazibə qüvvəsi genişlənmə sürətini üstələyər. Əksinə, cazibə qüvvəsi az olarsa, bu qüvvənin genişlənməni əngəlləməyə gücü çatmaz. Alimlərin fikrincə, əgər kainatın kütləsi müəyyən bir dəyərin üzərindədirsə, genişlənmə bir gün dayanacaq və kainat öz içinə çökəcək. Bu, qapalı kainat modelidir. Digər yandan, kainatın kütləsi müəyyən bir dəyərin altındadırsa, cazibə qüvvəsi genişlənmə sürətini üstələyə bilməyəcəyindən kainatın genişlənməsi heç dayanmayacaq. Bu da açıq kainat modelidir.

Qeydlər:

4. Hürriyet Yaşam, 14 Aralık 1997

5. Hürriyet Gazetesi, 19 Kasım 1997

6. Hürriyet Gazetesi, 29 Temmuz 1997

7. Paul Davies, Tanrı ve Yeni Fizik, s. 51