Meteoritlər
Bəlli olduğu kimi, kainatda hər an hərəkət halında olan irili-xırdalı milyonlarla göy daşı (meteorit) vardır. Bunların bir planet, ya da ulduzla toqquşması nəticəsində baş verəcək təsir meteoritin böyüklüyünə görə dəyişir.
Alimlərin bildirdiyinə görə, hər il 10 milyon tondan artıq göydaşı dünyamıza düşür, ancaq atmosferə girəndə sürtünmənin də təsiri ilə dünya üzərinə düşənə qədər bir çoxu kül olur. Başqa sözlə, atmosferin qoruyucu təsiri sayəsində dünyamız hər gün yaşana biləcək fəlakətlərdən qorunur. Ancaq sonrakı bölümlərdə daha ətraflı şərh ediləcəyi kimi, bu meteoritlərin arasında dünyamıza düşməsi vəziyyətində həyatın son olmasına səbəb olacaq qədər böyük olanları da var. Necə ki, daha əvvəl dünyaya düşən bəzi meteoritlərin dünyanın geoloji və ekoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olduğu sübut edilmişdir.
Bunlardan biri 20-ci əsrin əvvəllərində Sibirə, Tunqusa düşən və 60 km çapında olduğu güman edilən meteoritdir. Bu meteorit 2000 km2-lik meşəni yox etmiş və Xirosimaya atılan atom bombasının min qatı böyüklüyündə bir partlayışa səbəb olmuşdu. Sözügedən zonada heç kimsənin yaşamaması mütləq bir fəlakəti əngəlləmişdir. Fərziyyələrə görə, eyni daş Eyfel qülləsinin təpəsinə düşsəydi, tam 10 milyon adamın yox olmasına səbəb olacaqdı. 14
Dünyaya dərin şəkildə təsir edəcək fəlakət ehtimallarının nə dərəcə böyük olduğunu göstərən Tunqus asteroidinin dünyaya çırpılması ilə baş verən hadisələr bu şəkildə olmuşdur:
"1908-ci il iyunun 30-da səhər saatlarında orta Sibir göylərində süzən nəhəng bir alov yumağı görüldü. Üfüqdə təmas etdiyi yerdə böyük partlayış oldu. 2000 kvadrat kilometrlik bir meşəlik zonanı yerlə-yeksan etdi və yerə toxunması ilə minlərlə ağacı yandırması bir oldu. Yer kürəsi çevrəsini iki dəfə dolaşan atmosfer şoku yaratdı. Ardınca iki gün müddətlə atmosferə elə incə bir toz yayıldı ki, hadisə yerindən 10.000 km uzaqda olan London küçələrinə düşən işıq altında qəzet çətin oxuna bilirdi" .15
O günün dəhşətini yaşayan insanların qarşılaşdığı bu fəlakətlə bağlı açıqlamaları bizə labüd fəlakətlərlə bağlı ipucu verir:
"Evimin artırmasında otururdum. Səhər yeməyi vaxtı idi. Şimala doğru baxırdım. Birdən göy üzü ikiyə bölündü... Və meşənin şimal hissəsində göy alov içində idi. O anda köynəyimin bir tərəfi yanmağa başlayıbmış kimi üzərimdə bir istilik hiss etdim... O anda köynəyimi çıxarıb fırlatmaq istədim, amma o anda göydə bir gurultu qopdu. Özümü itirmədən qaçdığım bir neçə metr o biri tərəfdə üzü üstə yerə sərilmiş gördüm. Bir anlığa özümdən getmişdim. Həyat yoldaşım yüyürüb məni evə apardı. Gurultunun ardından göydən sanki yağan daşların səsləri, ya da qurğuşun səsləri gəldi. Yer sarsıldı. Yerə yıxıldığım zaman daş çırpılmasından qorxduğum üçün əllərimlə başımı örtdüm. O anda göy yarıldığında qaynar kimi bir külək, sanki partlayan bir topdan çıxmış kimi səs aləmi bürüdü. Külək əsərkən torpağın üzərində də iz buraxırdı".16
Qaldı ki, sonrakı bir nəhəng meteoritin haraya düşəcəyi məchuldur.
Alimlərin fikrincə, Tunqus asteroidi böyüklüyündə bir asteroid dünyaya hər 200 ildə bir düşür. Bu da belə bir fəlakətin nə dərəcə yaxın olduğunu göstərir. Üstəlik, bu dəfə meteoritin düşəcəyi yerin bir həyat mərkəzi olmaması üçün bir səbəb yoxdur. Alimlər bu gün meydana gələcək belə bir toqquşmanın təsirləri mövzusunda olduqca həyəcanlıdır:
"Əgər bu gün belə bir toqquşma olacaqsa, bu toqquşma xüsusilə o anın təşvişi içində atom bombası partlayışı ilə qarışdırıla bilər. Quyruqlu ulduzun toqquşma təsiri və alov yumağı bir meqatonluq nüvə bomba partlamasının bütün təsirlərini təkrar edə bilər. Mantar formasında yüksələn bulud da buna daxildir. Ancaq bir fərqlə ki, qamma şüalarına və radioaktiv çöküntüyə səbəb olmazdı" .17
Bu ölçüdə bir kütlənin izdihamlı bir şəhərə düşməsi milyonlarla insanın ölməsi anlamına gəlir. Dənizə düşməsi ehtimalı da eyni nisbətdə təhlükə deməkdir. Asteroidin kütləsi və sürəti dəniz üzərində nəhəng dalğalara səbəb olar və meydana gələn sunamilər dəniz kənarındakı məskunlaşma sahələrindəki həyatı yox edər. İşin daha düşündürücü tərəfi verdiyimiz misaldan daha böyük asteroidlərin və quyruqlu ulduzların dünya ilə toqquşma ehtimalının olduqca yüksək olmasıdır. Daha böyük bir toqquşmanın bir qitənin hamısını yox etməsinə və atmosferin hamısını zəhərlə doldurmasına isə qaçılmaz aqibət kimi baxılır. Belə bir ehtimalda bütün dünyaya təsir edəcək fəlakəti düşünmək belə yetərincə dəhşətlidir. Meteoritlərə qarşı çarə axtarılması ilə yanaşı, bu günə qədər tapılan üsulların yetərsiz olduğunu alimlər hər fürsətdə etiraf edir. Göründüyü kimi, bir meteoritin və ya quyruqlu ulduzun qiyamətə səbəb olması üçün Allah`ın diləməsi xaricində heç bir səbəb yoxdur.