İnsanların yaşadığı qorxu
Allah bir çox ayələrdə insanların dünya həyatına möhkəm-möhkəm bağlı olduqlarını və bunun onlara axirət həyatında heç bir faydasının olmayacağını bildirmişdir. İnsanın dünya həyatında dəyər verdiyi, önəmli saydığı, uğrunda olduqca çox şeyi gözə aldığı dəyərlər onlardan əgər Allah rizası üçün və Allah yolunda istifadə olunmursa, insana itkidən başqa bir şey qazandırmaz. Bu dəyərlərin hər biri insanları yoxlamaq üçün xüsusi şəkildə yaradılmışdır. Əsl yurd isə axirət yurdudur. Dünyaya aid şeylərin heç birinin əhəmiyyət və mənasının olmaması isə Quranda bu şəkildə anladılır:
“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır”. (“Ali-İmran” surəsi, 14)
İnsan dünya həyatının ayədə də anladılan bütün bu çəkici xüsusiyyətlərinə hərisliklə bağlanır, bütün ömrünü bunları əldə edə bilmək üçün xərcləyir. Quranda dünya həyatı ilə bağlı belə buyurulur:
“Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir”. (“Hədid” surəsi, 20)
Dünya həyatının ən böyük hədəflərindən biri mal-dövlətlə, oğullarla, qısası, sahib olunan bütün dəyərlərlə öyünməkdir. Ancaq Quranda xüsusilə vurğulanan və bütün toplumlar üçün keçərli olan bir həqiqət dünya həyatındakı ən əhəmiyyətli sərvətlərdən birinin övlad olması həqiqətidir. Uşağa sahib olmaq istəyi insanlara gənclik illərindən etibarən öyrədilir. Uşaq insanlar arasında həm səbəbsiz bir rəqabət ünsürü, həm də gələcəyə yönələn bir zəmanət mənasını daşıyır.
Digər bir istək də var-dövlətə və zənginliyə aid olanıdır. Bəlli olduğu kimi, insanların dünya həyatı boyunca bütün hədəf, plan və cəhdləri bu məqsəd üzərində qurulmuşdur. Pul-mal istəyi insanların gözünü örtdüyü üçün bütün əxlaqi dəyərlər öz əhəmiyyətini itirmiş, insan xarakterini formalaşdıran yeganə meyar maddiyyat olmuşdur. Quran əxlaqı, əmr və qadağaları insanların həyatındakı birinciliyini itirmiş, mal-dövlət yığıb toplamaq yeganə məqsəd olmuş, münasibətlərdə maraqlar ön plana çıxmışdır.
Halbuki, qiyamət günü gələndə hər şey tərsinə dönər. İnsanlar qarşılaşdığı günün qorxusundan dəyər verdikləri hər şeyi bir anda unudarlar. Əsas hədəf saydıqları şeylərin artıq bir mənasının olmadığını anlayarlar. Dəyər ölçüləri bir neçə saniyə içində dəyişər. Artıq mal-dövlətin, hətta övladın belə bir dəyəri yoxdur. Ata və analıq duyğuları da öz mənasını itirmişdir. Dünyada ən çox dəyər verdiyi adamları, hətta öz uşağını belə qiyamət gününün dəhşəti qarşısında unudacaqdır. Kimsə öz uşağının vəziyyətini soruşmayacaq, bunu ağlına da gətirməyəcək. Şübhəsiz ki, qiyamətin baş verəcəyi gün inanmayanlar üçün çox ağır bir gündür:
“O gün göy göyərmiş mis kimi olacaq; dağlar da didilmiş yun kimi olacaqdır. Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını, təki özünü qurtarsın!” (“Məaric” surəsi, 8-14)
“Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük endirələcəyi o gün həqiqi hökmranlıq ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır”. (“Furqan” surəsi, 25-26)
Hələ körpəlik çağında olan uşaqlar belə o gün ailələri tərəfindən atılacaq. İnsanlar heç gözləmədiyi və əvvəllər tayını-bərabərini görmədiyi bu hadisələr qarşısında nə edəcəklərini bilməz, çaşıb qalarlar. Qorxu elə ani və şiddətli bir şəkildə gələcək ki, hamilə qadınlar bu şokun təsiri ilə uşaq salarlar. O çox ağır gündə yaşanacaq hadisələrin qorxusu və dəhşəti ilə qadınların əmizdirdiyi uşaqları da unutduqları Quranda belə bildirilmişdir:
“Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir!” (“Həcc” surəsi, 2)
Qiyamət günü dünyada ikən ona ünvanlanan çağırışlardan üz döndərənlərin, həqiqi dost və yaradıcı olan Allah`ı unudanların bir-birindən qaçıb qurtulmaq istədiyi bir gündür. Hər kəs öz hayında olacaq. O dəhşətli gündə insanlar arasında heç bir bağlılıq- nəsil, əqrəbalıq və ya dost-yoldaşlıq bağları qalmayacaq. Bu mövzu Quranda belə bildirilir:
“O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!” (“Əbəsə” surəsi, 34-37)