İnsanlar sərxoş kimidir
İnsanlar o gün gördüklərinin qarşısında bütün soyuqqanlılıqlarını, özlərinə olan arxayınlıqlarını və mətanətlərini itirirlər. Ölümlə qarşılaşdığı an hər şey dəyərini itirir, üzlərdəki ifadə, halətlər, söhbətlər, danışıq tərzi fərqlənir.
İnsanların ölüm qarşısında yaşadığı qorxu və dəhşətə filmlərdə şahid oluruq. O anda verilən reaksiyalar insanların halını çox yaxşı izah edir. Amma həmin görüntülərdə insanların az da olsa qurtulma ümidlərinin olduğu görünür. Öləcəklərini qəti bilsələr də, ölümdən sonrasını tam bilməzlər, ya da böyük qismi ölümlə birlikdə yox olacağını düşünər. Halbuki, qiyamət günündə ölüm hələ gəlib çatmasa belə, yaşanan hadisələr insan üçün heç bir qurtuluş ehtimalının olmadığını göstərər. İnkarçılar o zaman inanmadıqları bir günü qarşılarında görərlər. O gün kainatdakı nizamın bir yaradıcısının və qoruyucusunun olmasının və Allah`ın dilədiyi anda da hər şeyin yox olacağı bir gündür.
İnsanlar ölümün o günə qədər düşündükləri kimi yox olma olmadığını anlayarlar. O ana qədər Allah`ın varlığına, dolayısilə, axirətə inanmadıqlarına görə ölümdən sonrakı hadisələr barədə heç düşünməmişlər. Amma Allah`ın varlığını və gücünü bir-birinin ardınca gələn bu hadisələr nəticəsində açıq-aydın görüncə aqibətlərinin də fərqinə varmışlar. Qurtuluş ümidi olmadığı kimi onları gözləyən yeni və sonsuz həyatın olduğunu da anlamışlar. Bu, inkarçılar üçün çox ağır bir həyatdır. Əbədi çəkiləcək əzab və sıxıntı o gün yaşadıqları ilə müqayisə edilməyəcək qədər şiddətli olacaqdır. Ayələrin bildirdiyinə görə, inkarçılar belə həyatın əvəzinə yox olmağı üstün tutacaqlar:
“Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq. O gün insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə: “Kaş torpaq olaydım!” - deyəcəkdir”. (“Nəbə” surəsi, 40)
İnsanlar qarşılaşdıqları hadisələrə görə şiddətli qorxu və təşviş içində sərxoş kimi olarlar. Bu vəziyyət Quranda belə bildirilir:
“...İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir!” (“Həcc” surəsi, 2)
İnsanın qorxduğu andakı hərəkətləri sərxoşların davranışına çox bənzəyir. İnsanlar qorxarkən ağlaya bilər və başları hərlənə bilər.
Bura qədər deyilən hadisələrdən göründüyü kimi, o çətin gündə insanlar təşviş içində olacaqlar. Allah insanların yaşadığı bu şiddətli qorxunu və qorxu nəticəsində yaranan fiziki təsirləri sərxoşluğa bənzədir. O gün sərxoş kimi olan insanlar özlərini itirib ora-bura qaçmağa başlayarlar. Quranda verilən bənzətmə insanların bu vəziyyətini belə açıqlayır:
“O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək...” (“Qariə” surəsi, 4)