Alçaldılacaqlar
Allah'a qarşı təkəbbür göstərməyin nəticəsi alçaldılmaqdır. Axirətin varlığına inanmayan insanlar Allah’ın açıq-aşkar varlığını inkar edib laqeyd yaşamağın qarşılığını alacaqlar. Halbuki, insan o dünyadakı həyatında Allah’ın əzabına ehtimal vermir, bunu bir an belə düşünmür. Dünyada şeytanın əsgəri olmuş, onun aldatma üsullarına qapılmış və imtihandan ibarət olan bir həyatı boş bir məqsəd uğrunda xərcləmişdir. Hətta Allah’a qarşı təkəbbürlülük onu başqa günahlara aparmışdır. Bu, şübhəsiz, böyük bir xətadır və nəticəsi axirətdə qorxunc bir əzab və böyük bir alçalmadır.
İnkarçılar, əlbəttə, haqsızdırlar. Nemət və ruzilərə necə sahib olduqlarını sorğu-sual etmədən özlərində bəzi zövqləri dadma haqqı görürlər. Ancaq axirətdə haqsız yerə təkəbbür göstərməyin qarşılığı olduqca böyük olacaq. Ayədə bu həqiqət belə ifadə edilir:
“Kafirlər odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”” (“Əhqaf” surəsi, 20)
Dünya ilə bağlı cəhdlərlə ömrünü keçirən və axirəti əsla düşünməyən bu insanlar qiyamət günündə və sonrasında alçaldılacaqlar. Allah bu həqiqəti ayələrdə belə bildirmişdir:
“Aləmi çulğalayanın xəbəri gəlib çatdımı? O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək”. (“Ğaşiyə” surəsi, 1-3)
“Sonra qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!”” (“Nəhl” surəsi, 27)
“Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar”. (“Furqan” surəsi, 69)
Allah'a qarşı mübarizələrini çirkin cəsarətlə davam etdirən insanlar hesab gününə əhəmiyyət vermirlər. Allah’ın özləri üçün hazırladığı tələdən xəbərsiz yaşayırlar. Halbuki, bu tələ tayı-bərabəri görünməmiş bir tələdir. Bütün inkarçı cəmiyyətlərə elçilər vasitəsi ilə edilən öyüdlər çox az bir qrupdan başqa heç kimə təsir etmir. Hətta bir qisminin inkarını daha da artıran bu xəbərdarlıqlar, əslində, onların məsuliyyətini də artırır. Allah dünyada özlərinə xatırladılan axirət həqiqətini qiyamət günü ən göstərişli şəkli ilə insanların hamısına göstərəcək.
Allah’ın vədinin nəticələrinin nə olduğunu inkarçılar o gün açıq bir şəkildə başa düşəcəklər. Həyatları əbədi olmamış və dünya həyatı bitmişdir. Artıq zövq və istəklərin bir hökmü yoxdur, yeganə həqiqət Allah’ın hökmüdür. Allah’a qarşı zülm içində olan bu insanlara etdiklərinin qarşılığı verilmişdir. Allah’ın hökmünə görə əzab və sıxıntı içində sonsuza qədər yaşayacaqlar.
Belə olmaqla bərabər, Allah’dan bir rəhmət olaraq Peyğəmbərimizin (s.ə.v) belə bir hədisi də vardır:
Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur: “Qəlbində zərrə qədər iman olan şəxs atəşdən çıxacaq”. Əbu Səid deyir ki: “Kim (bu həqiqətdən şübhəyə düşsə, bu ayəni oxusun: “Allah, şübhəsiz, zərrə qədər haqsızlıq etməz...”” (“Nisa surəsi”, 40) (Tirmizi, Sifatu-cəhənnəm 10, (2601))
İnananların layiq olduqları cənnətdəki sonsuz həyat bütün ehtişam və gözəlliyi ilə din günündə bütün insanlara göstəriləcək. Bir ayədə Rəbbimiz cənnətlə bağlı olaraq belə xəbər verir:
“Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan cənnət bağları gözləyir ki, onlar orada əbədi olacaqlar. Bu, Allah’dan bir ziyafətdir. Allah’ın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir”. (“Ali-İmran” surəsi, 198)