Yer ağırlıqlarını çölə atıb çıxarır
“Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan: “Buna nə olub?” - deyəcəyi zaman - məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir. Çünki ona sənin Rəbbin vəhy etmişdir!” (“Zilzal” surəsi, 2-5)
Bəlli olduğu kimi, dünyanın mərkəzində (yer qabığının 5000-6000 km aşağısında) olduqca yüksək təzyiqə malik kor halında bir təbəqə var. Və bu təbəqənin temperaturunun təxminən 4500 S dərəcə olduğu təxmin edilir. Həmçinin vulkan püskürməsi nəticəsində yerin üzünə çıxan lavalar bu zonada, yəni maqmada yerləşir. Haqqında danışılan püskürmələr tarix boyunca bir çox şəhərin xalqına dəhşət dolu anlar yaşadaraq insanların ölümünə, hətta şəhərlərin tamamilə yox olmasına səbəb olublar. Torpaq qatlarında müxtəlif səbəblərdən baş verən qırılmalar nəticəsində yer üzünə sızan lavalar təzyiq nə qədər yüksəkdirsə, bir o qədər böyük şiddətlə fışqırır. Əslində, burada müəyyənedici amil qazın nisbətidir. Maqma yer üzünə çıxarkən qazlar maye haldakı maddədən ayrılaraq maqmanın üzərinə yayılır, beləliklə də təzyiqin artmasına səbəb olurlar. Maqma qazla nə qədər yüklüdürsə, püskürmə əsnasında o qədər artıq partlama olur və yerin altında pıqqıldayaraq qaynayan lavalar yer üzünə çıxaraq yerin üstünü sanki cəhənnəmə çevirirlər. Belə partlama sadəcə müəyyən bir bölgəni əhatə edən lokal partlayışdır. Üstəlik, günümüzdə aparılan tədqiqatlar nəticəsində çox zaman belə bir fəlakət barədə daha əvvəlcədən xəbərdarlıq edilir, təhlükənin olduğu zonada müxtəlif tədbirlər görülür.
Quran ayələrindəki təriflərə görə, “yerin ağırlıqlarını çölə atması” ifadəsi ilə o gün yerin altında olan olduqca çox şeylə birlikdə nüvədəki tezalışan, yandırıcı maddənin də tamamilə yerin üstünə çıxacağına işarə edilir. Yer üzünün hər yerində yaşanan şiddətli sarsıntılar və yerin bütün təbəqələrinin qırılması belə bir şeyin asanlıqla gerçəkləşə bilməsi üçün lazım olan ilkin şərtləri meydana gətirəcək. Yəni qiyamət günündə şiddətli yeraltı təkanlar yerin altını üstünə çevirəcək, insanlar başlarına çökən dağlardan, nəhəng binalardan qurtulmağa çalışarkən yerdəki çatlaqlardan fışqıran lavalar hər yanı bürüyəcək, bu da insanların ölümdən heç bir şəkildə qaçışlarının olmadığını bir daha anlamasına səbəb olacaq. Fəlakət fəlakəti izləyəcək, birindən qurtulmağa çalışan digəri ilə qarşılaşacaqdır. Ən doğrusunu Allah bilir.
Yer üzü Allah`a qarşı boyun əymişdir. Bu vəziyyət Quran ayələrində belə bildirilir:
“Yer uzanıb dümdüz olacağı; qoynunda olanları bayıra atıb boşalacağı; və Rəbbinin buyruğunu eşidib itaət edəcəyi zaman...” (“İnşiqaq” surəsi, 3-5)
Artıq son gün gəlmişdir. İnsanlara verilən müddət bitmiş və hər şeyin sonu çatmışdır. Bu gündən qurtula biləcək heç bir canlı yoxdur. Bütün hadisələr sona çatdığında yer üzündə tək bir toxum, tək bir bitki, tək bir mikroorqanizm, hətta yer üzünün özü də qalmayacaq.
O gün yerin çölə atacağı ağırlıq yalnız maqma qatı deyil. Maqma həm mantiyanın içindəki, həm də mantiya ilə qabıq arasındakı istiliyin və maddələr mübadiləsinin başlıca daşıyıcısıdır. Yəni ehtimal ilə maqma ilə birlikdə daşınan, yerin altında olan bir çox maddə yüksək temperaturla birlikdə yerin üzünə çıxacaqdır. Bu da yer üzünün görünməmiş bir şəkildə isinməsinə səbəb olacaqdır. Gerçəkləşən hadisələr nəticəsində yerin altındakı neft, kömür kimi faydalı qazıntılarla birlikdə bütün bitki qalıqları və cəsədlər, bir sözlə, yerin altında olan canlı-cansız hər şey çölə atılacaqdır. Qısası, yerin altı üstünə çevriləcək. Allah bu vəziyyəti Quranda belə xəbər verir:
“Qəbirlər çevriləcəyi zaman; hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir!” (“İnfitar” surəsi, 4-5)
Yeraltı sular sarsıntının şiddəti ilə qırılan yerin təbəqələrindən çölə fışqıracaq. Təzyiqli suyun təsiri isə olduqca şiddətlidir. Həm fışqırmanın başladığı bölgədə önəmli hasarlar meydana gələcək, həm də həyata mənfi təsir edən bir su təbəqəsi yer üzünə yayılacaq.
Hər hansı bir bölgədə vulkan püskürməsi olduğu zaman saysız toz qatı və parçalar atmosferin üst təbəqələrinə yayılar. Belə bir püskürmə dövründə çox zaman bütün bölgənin kül örtüyü altında, sözügedən bölgənin isə toz-duman içində qaldığı bilinir. Həmçinin uca Allah ayədə qiyamət günündə dağların toz kimi səpələnəcəyini (“Vaqiə” surəsi, 6) bildirir. Quranda anladılanlara uyğun olaraq qiyamət günündə dünyanın hər yerində buna bənzər püskürmə və partlayışların olması ehtimalı olduqca yüksəkdir.
Göründüyü kimi, insanlar dörd bir yandan şiddətli bir əzaba uğrayacaqlar. Hər tərəfi bürüyən, hər yeri dövrəyə alan toz-duman buludu, yenə eyni anda yayılan qazlar insanların nəfəs ala bilməsinə və əzab-əziyyət içində qıvrılmasına səbəb olacaqdır. O gün yaşanan bütün hadisələr inkarçıların sonsuza qədər cəhənnəm içində dadacağı əbədi əzabın böyüklüyünü anlaması üçün kifayətdir. İnsanların həyatına belə bir dəhşətli aqibətlə son verən Allah cəhənnəmdə onlar üçün tayı-bərabəri olmayan maddi və mənəvi bir əzab hazırlamışdır. Yaşanan hadisələrin əzəməti qarşısında dəhşətli bir ölüm qorxusu hər yanı bürümüşdür. Geridə qorxu və peşmançılıqdan başqa bir şey qalmamışdır.