İnsanlar qiyamət vaxtında

Bura qədər izah edilən bütün hadisələr insanların heç xəbərinin olmadığı bir anda, daha əvvəl heç eşidilməmiş və tanınmaz bir səsin duyulması ilə başlamışdır. Və dünyadakı bütün insanlar bu anda da olduğu kimi, hər şeyin heç dəyişmədən və pozulmadan eynən davam edəcəyini düşünərkən ani bir şəkildə yaxalanmışlar.

Sura üfürülməsindən dərhal qabaq gerçəkləşən hadisələrin əvvəlki gündən heç bir fərqi yoxdur. Yer kürəsi yenə eyni sürətlə fırlanır, Günəş yenə dünyanı işıqlandırır, həyat davam edir və insanların bir çoxu nədən, kim tərəfindən yaradıldığını və aqibətini düşünmədən vərdiş etdiyi şəkildə yaşamağa davam edirlər. Kimi axşam gələcək qonağına hazırlayacağı yeməyi, kimi işgüzar görüşləri barədə düşünərkən, kimi alış-veriş edərkən, kimi yatarkən və böyük bir bölümü də Allah`ın varlığını inkar halında ikən bu səsi duyacaq və hər şey bir anda başlayacaq, bəlkə də hər şey bir anda sona çatacaqdır.

İnsanın güclü zənn etdiyi, öyünərək böyükləndiyi bədəni heç gözləmədiyi bir anda dörd bir yandan ölümlə əhatələnəcək. Artıq can dərdindən başqa heç bir problem və dərd qalmayacaqdır. İnsanlar dəyər verdikləri, möhkəm bağlandıqları, uğrunda hər növ fədakarlığa hazır olduqları şeyləri yaşadıqları qorxunun şiddətindən bir anda görməz olacaqlar.

Qiyamətin meydana gətirdiyi bütün bu qorxu, dəhşət və çaşqınlıq dünyada inkar içində həyat sürən insanın qəflət yuxusuna əvəzdir. O gün başlayan bu danılmaz çətinliklər inkarçıları əbədiyyətə qədər rahat buraxmayacaq. Bir-birinin ardınca meydana gələn bütün bu hadisələr onlardakı təşviş və dəhşəti daha artıracaq. Keçən hər saniyə onlara yeni əzab növləri və bəlaları gətirəcək. Qarşılaşdığı şüurları donduran bu hadisələr o günə qədər inkar etdiyi Allah`ın böyüklüyünü sərgiləyəcək. İnsan bu güc qarşısında mümkün qədər gücsüz və çarəsizdir. Peşmanlıq, üzüntü və qorxudan başqa edə biləcəyi bir şey yoxdur. Saniyələr keçdikcə Allah`ın ona əbədi həyatında təqdim edəcəyi qorxunc əzabı daha yaxşı anlayar. O gün qarşılaşdığı dəhşət dolu dəqiqələr sonsuz həyatı boyunca yaşayacağı əzabın sadəcə olaraq bir hissəsidir. İnsanların o gün yaşanacaq hadisələr qarşısında duyacağı qorxu Quranda müfəssəl şəkildə izah edilmişdir.