Gözlərdəki dəhşət ifadəsi
“Doğru vəd yaxınlaşdıqda kafir olanların gözləri dərhal bərəlib: “Vay halımıza! Biz bundan qafil idik. Xeyr, biz zalım olmuşuq!” - deyərlər”. (“Ənbiya” surəsi, 97)
Göz qorxunu insana ilk hiss etdirən orqanlardan biridir. O günün qorxusunu yaşayacaq insanların qarşılaşdığı dəhşət səbəbi ilə gözləri hədəqəsindən çıxacaq. Burada gözlərin hədəqəsindən çıxması bənzətməsi insanın yaşadığı qorxunun şiddətini bildirir. İnsan qorxduqda gözü qaralır, göz bəbəyi böyüyür və ağı üzə çıxır. Qiyamət günü istisnasız olaraq insanların hamısı bu qorxunu yaşayacaqlar. Bu tükürpərdici hadisələr qarşısında heç kim heç nə edə bilməz və baş verən hadisələri önləyə bilməz. Onlar sadəcə qorxu duyarlar. Ayədəki bənzətmə bu qorxunu açıq şəkildə izah edir.