Din günündə möminlərin vəziyyəti. Fiziki durumları

“O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur”. (“Hədid” surəsi, 12)

Din gününün qorxusuna qarşılıq, böyük hüzur və rahatlıq içində olan möminlərin üzləri gözlədikləri qarşılığı almağın güvəni və sevinci ilə nurludur. Onlar xoşbəxtdirlər. (“Əbəsə” surəsi, 39) Quranda möminlərlə kafirlərin üz ifadələri arasındakı fərq belə izah olunur:

“Yaxşı iş görənlər üçün ən yaxşısı cənnət və bundan da üstünü Allah`ı görmək vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allah`dan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar od sakinidirlər və orada əbədi qalacaqlar”. (“Yunis” surəsi, 26-27)

İnkarçılar isə iman gətirənlərə yalvararlar. Dünya həyatında nifrət etdikləri möminlərin nurlarından almaq istəyərlər. Bu nurun mənası bir aydınlıq, inam və sevincdir. Sadəcə cənnətə layiq olan insanlar üzərində olan bu nurdan inkarçılar nə qədər istəsələr də, faydalana bilməyəcəklər. Bu nurun mənbəyi dünyada edilən yaxşı işlər olduğundan arxalarında heç bir saleh davranışı olmayan inkarçının buna sahib olması mümkün deyil. Buna görə də möminlər tərəfindən onlara “dünyaya dönün və nur axtarıb tapmağa çalışın” cavabı verilir. Mövzu ilə bağlı olaraq Quranda keçən ayə belədir:

“O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”, - deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir”. (“Hədid” surəsi, 13)

Möminlər dünyada Allah’ın razılığı üçün göstərdikləri cəhdlərin qarşılığını alarlar. Bu cəhdlərə görə məmnundurlar. (Ğaşiyə surəsi, 9) Allah onların cəhdlərinin müqabilində ən gözəl mükafatı verər. Onsuz da ümidlə gözlədikləri də budur. Buna görə, Allah’a şükür edərlər. Onlar: "Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allah`a həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!"  (“Zumər” surəsi, 74) -deyirlər...