Uşaqların saçının ağarması
“Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?!” (“Müzzəmmil” surəsi, 17)
Qiyamət gününün qorxusu kiçik uşaqları da bürüyəcək. Bu günün həqiqi mahiyyətini bilməyən, bunun sonsuz əzabın ilk günü olmasını anlayacaq gücdə olmayan uşaqlarda da yetkin adamlardan fərqli qorxu vardır. İnsanlar müvəqqəti dünya həyatı boyu etdikləri əxlaqsızlıqların peşmanlığı içindədir. Uşaqlar isə hələ nə olduğunu qavrayacaq ağılda deyil. Buna baxmayaraq, gördükləri hadisələrin şiddətindən saçları ağappaq olur. Belə fiziki dəyişiklik o ağır günün böyüklüyünü anlamaq baxımından olduqca mühümdür. Çünki o günə qədər dünyada fərqli növlərdə fəlakətlər yaşanmışdır. Hər biri insanlara şiddətli qorxu vermiş və onları dərindən təsirləndirmişdir. Amma bu fəlakətlərin heç biri qiyamət günü meydana gələcək hadisələrlə müqayisə edildiyində uşaqların saçlarını ağardacaq qədər şiddətli deyildir. O gün insanların dünya həyatı boyu yaşadıqları ən ağır, ən çətin gündür. Belə ki, qarşıya çıxan hadisələrin şiddəti qısa ömürləri boyu qorxunun mahiyyətini və təhlükələrin nəticələrini tam dərk edə bilməmiş uşaqların da saçının qorxudan ağappaq olmasına səbəb olmuşdur.