Dağların vəziyyəti. Dağlar kökündən dağılıb sovrulur
“Dağlar parça-parça olub dağılacağı zaman...” (“Mürsəlat” surəsi, 10)
Məlum olduğu kimi, dağların yer üzündəki sarsıntıları əngəlləmək funksiyası vardır. Bu həqiqət Quran ayələrində belə xəbər verilmişdir:
“Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı”. (“Nəhl” surəsi, 15)
“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!” (“Nəbə” surəsi, 6-7)
Bu günə qədər dünyada qeydə alınmış ən böyük zəlzələ 9,2 bal gücündədir. Və bu gücdəki bir zəlzələ gerçəkləşdiyi bölgəyə qısa vaxt içində böyük bir fəlakət gətirir. Qiyamət günü yaşanacaq sarsıntı isə Allah`ın istəyi xaricində - dünyada o günə qədər tayı-bərabəri əsla gerçəkləşməmiş şiddətdə bir sarsıntıdır. Bu sarsıntı bir dirək kimi yerləşərək yer üzünü şiddətli zəlzələlərdən qoruyan dağların da qarşısında tablaya bilməyəcəyi qədər böyükdür. Yer üzündəki ən sağlam təməllərdən olan və sarsılmazlıq simvolu olan dağlar yerlərindən oynadılıb altındakı torpaqla birlikdə sürüşməyə başlayar. Quranda dağların o gün necə hərəkətlənməsini anladan ayələr bu şəkildədir:
“Dağlar yerindən qopub oynayacaqdır”. (“Tur” surəsi, 10)
“Dağlar yerindən qopardılıb ilğıma dönəcəkdir”. (“Nəbə” surəsi, 20)
“O gün dağları hərəkətə gətirəcəyik. Yeri dümdüz görəcəksən, bir yerə toplayacaq, onların heç birini kənarda qoymayacağıq”. (“Kəhf” surəsi, 47)
Yer üzünün böyük bir hissəsi dağlarla örtülüdür və bunların eyni anda yerlərindən sökülərək hərəkət etməsi, belə nəhəng ölçülərdəki torpaq parçalarının yerin üzərində bir araya toplanması və yerin dümdüz bir hala gəlməsi, əlbəttə ki, insanın görə biləcəyi ən qorxunc mənzərələrindən biri olacaq. İnsanın belə bir anı gözü önündə canlandırması olduqca çətin bir işdir.
Təsəvvür edin ki, insanların zirvəsinə dırmaşmaqda çətinlik çəkdiyi və yerindən oynamaz deyə düşündüyü Himalay, Alp, Toros bir anda sarsılmağa və yerlərindən oynamağa başlayacaqlar. Minlərlə metr yüksəklikdəki dağlar və bu dağların yamaclarında salınan şəhərlər bir anda yerlə-yeksan olacaqlar.
Dağlarda keçidlər açmaq üçün böyük texnoloji imkanlar, makina və alətlər gərəkir, hətta zaman keçdikcə bütün üsullar uğursuzluqla nəticələnir. İnsanların yol açmaq məqsədilə dinamitlə dəlməyə çalışdığı dağlardan ancaq qismən bir nəticə alınır, dinamit sadəcə olaraq müəyyən bir bölgəyə təsir edir, hətta çox zaman heç bir təsiri olmur. Hətta bu səbəblə bəzi dağlıq bölgələrlə rabitə olduqca çətin baş tutur. Halbuki, qiyamət günü yer üzündəki bütün dağlar toz halına gəlirlər. Bu hadisə o gün yaşananların şiddətini anlaya bilməyimiz baxımından çox təsirli bir misaldır. Dünyada olan bütün dağların eyni anda qum yığını halına gəlməsi, o heybətli quruluşların bir anda çökməsi olduqca dəhşətli bir vəziyyətdir. Ayrıca, Allah`ın sonsuz gücünü anlaya və təqdir edə bilmək baxımından da çox mühümdür. Dağların qiyamət günündə alacağı şəkil Quranda belə bildirilir:
“O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir”. (“Müzzəmmil” surəsi, 14)
Yenə Quranda həmin günə aid verilən bir bilgi də dağların parçalanaraq çökməsindən sonra yer üzünün heç bir təpəciyi olmayan bir düzənliyə dönəcəyi şəklindədir:
“Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq. Dümdüz bir yer edəcək! Və sən orada heç bir eniş-yoxuş görməyəcəksən!”“ (“Taha” surəsi, 105-107)
Bu an kənara baxdığımızda bizlərə olduqca tanış gələn əyri-üyrü görüntü o gün tamamən düz bir xətt halına gələcək. Ucsuz-bucaqsız bir düzlük üzərində insanların hamısı bir araya toplanacaq. Allah “Kəhf” surəsində bu həqiqəti belə vurğulayır:
“O gün dağları hərəkətə gətirəcəyik. Yeri dümdüz görəcəksən, bir yerə toplayacaq, onların heç birini kənarda qoymayacağıq”. (“Kəhf” surəsi, 47)