Asteroid və quyruqlu ulduz ehtimalları
Alimlər kosmosda təsbit edilən asteroidlərin dünya ilə toqquşması ehtimalının gün keçdikcə daha da gücləndiyini bildirirlər. Belfastdakı Kuins Universitetindən olan astronom Alan Fitzsimmons dünya ilə toqquşmaya doğru hərəkət edən böyük asteroidlərin varlığı mövzusunda qəti dəlillər əldə etdiklərini bildirmiş və öz düşüncələrini: “Bunların bizə çarpmalarını gözləyirik. Bu, sadəcə bir zaman məsələsidir”, - deyə ifadə etmişdir. 18
Hər il dünya atmosferinə girən 10.000 tondan artıq asteroid yenə atmosfer sayəsində bizim xəbərimiz belə olmadan əriyir. Ancaq bu asteroidlərin atmosferdə əriməyəcək qədər böyük olanları da var. Quyruqlu ulduz və ya sözügedən nəhəng asteroidlərdən birinin dünya ilə toqquşması isə tam bir fəlakətə səbəb olar. Belə fəlakətlər ağlımıza gələn təhlükələrdən çox fərqlidir, çünki bütün planet üzərindəki həyata bir formada təsir edə bilərlər.
Valter Alvarez “T.Rex and Greater of Doom” (“T.Rex və qiyamət gününün yaradıcısı”) adlı kitabında quyruqlu ulduzun və ya asteroidin dünya atmosferinə girməsi vəziyyətində baş verə bilən hadisələri belə anladır:
"Bir quyruqlu ulduz çirkli buzdan yaranan bir topdur və Günəşin istiliyindən dolayı buxarlanaraq qazlarını püskürür. Və qiyamət gününü xəfif parıldayan bir ulduz xəbər verə bilər... Bu ulduz gündüz belə görünəcək, gecəni də aydınlığa bürüyəcək. Bu hadisəyə quyruqlu ulduz əvəzinə bir asteroid də səbəb ola bilər". 19
65 milyon il əvvəl dünyaya olduqca böyük bir cismin düşdüyü alimlər tərəfindən sübut olunmuş (bu cismin böyük ehtimalla quyruqlu ulduz olduğu güman edilir) və bu asteroidin yer üzündə olduqca mühüm təsirlərinin olduğu müəyyən edilmişdir. Buna və daha sonra da düşdüyü təsbit edilən digər göy cisimlərinə istinad edilərək dünyada belə bir nəsnənin toqquşması nəticəsində yaranacaq mümkün hadisələr güman edilir.
Bir quyruqlu ulduzun toqquşmadan əvvəl, hərəkətindən yaydığı enerji 100 milyard meqatonluq TNT-yə bərabərdir. Bu miqdar quyruqlu ulduzun 1 saniyə içində buxarlanmasına və 40 km dərinlikdə bir dəlik açmasına səbəb olur. Bir müqayisə aparsaq, bir hidrogen bombası sadəcə bir meqaton TNT-dir və soyuq müharibə zamanı dünyada bu tip silahlardan 10.000 ədəd vardı. Quyruqlu ulduzun gücü isə dünyanın bütün döyüş sursatlarından 10.000 dəfə artıq partlayışa bərabərdir.
Quranda qiyamət günü çox böyük sarsıntıların olacağı, hər şeyin yerlə bir olacağı, dənizlərin daşacağı bildirilir. Quyruqlu ulduz və ya böyük bir asteroidin dünya ilə toqquşma ehtimalı Quranda keçən bu hadisələrin tək-tək yaşanmasına səbəb ola bilər. Seysmik dalğalar üzündən dəniz altında nəhəng axınlar baş verir; bunun nəticəsi nəhəng sunamilərdir. Daha əvvəl meydana gələn seysmik dalğalarla gerçəkləşən sunamilər elə böyük olmuşdu ki, tədqiqatçılar bu sunamilərin dəniz dibində kanallar açdığını bildirirdilər.
Həmçinin aparılan tədqiqatlar yaxın zamanlarda Meksika körfəzi sahillərinə çarpan bir cismin təsiri ilə olduqca böyük sunamilərin yarandığını ortaya qoymuşdur. Floridaya yönələn sunami daha da yüksələrək sahildə böyük təhlükə yaratmış və meşələri yox etmişdi. Bu gün bəlkə olduqca çox insan mütləq qarşılaşacaqları ölümü və qiyaməti ağıllarına gətirmədən yaşamaqdadır. Halbuki, dünyada belə bir əzabın çeşidli yollarla gəlməməsi üçün heç bir səbəb yoxdur. Məsələn, yuxarıda anlatdığımız hadisədən bir gün əvvəl torpaq son dərəcə məhsuldar ikən toqquşmadan sonra Meksika və Amerika torpaqlarının böyük hissəsi tamamilə çılpaq qalmışdır.20
Allah bizə 14 əsr əvvəlcədən qiyamət günündə göyün süst düşüb parçalanacağını («Haqqə» surəsi, 16), göyün göyərmiş mis kimi olacağını (“Məaric” surəsi, 8) bildirmişdir. Bu hadisələr quyruqlu ulduzun dünya ilə toqquşması və ya nəhəng bir asteroidin yer üzünə düşməsi nəticəsində ortaya çıxan mənzərə ilə çox böyük bənzərliklər göstərəcəkdir.
Pol Devis “The Last Three Minutes” (“Son üç dəqiqə”) adlı kitabında dünya ilə toqquşacaq bir quyruqlu ulduzun təsirini anladarkən göy üzünün yüksəkliklərindən nəhəng miqdarda bir işıq şüasının göyləri yandırmağa başlayacağını və mədən kimi əriyəcəyini söyləyir. Yenə eyni bölümdə Pol Devis kosmosun içində olan vakuum səbəbi ilə qaynayan qazın girdab yaratdığını bildirmişdir. Bu açıqlama “Rəhman” surəsindəki bir ayə ilə çox böyük bənzərliyə malikdir:
“Göy ayrılıb dağ edilmiş yağ kimi qıpqırmızı olduğu zaman...” (“Rəhman” surəsi, 37)
Göyün əriyərək axması, ərimiş yağ və ya ərimiş mədən kimi qızğın qatı bir mayeni xatırladır. Yenə belə bir halda göyün qızğın və qırmızı bir rəng alacağı bilinir. Pol Devisin bildirdiyinə görə, o gün qaynayan qaz girdab şəklində olacaq. Yəni göydə qırmızı bir girdab yaranacaq. Belə bir şeyin qıpqırmızı bir külə nə dərəcə bənzəyəcəyi açıqdır.
Allah öz dərgahında müəyyən edilən bir zamanda insanları qiyamət günü ilə qarşılaşdıracaq və Quranda bildirdiyi bütün hadisələri təkrar-təkrar gerçəkləşdirəcək. Ancaq deyilənlərdən də göründüyü kimi, qiyaməti meydana gətirən hadisələrin bu səbəblərdən biri və ya hamısı ilə eyni anda gerçəkləşməsi də ehtimal daxilindədir.
Buna oxşar hadisələr keçmişdə də meydana gəlmişdir. Həm asteroidlər, həm də quyruqlu ulduzlar dünyamıza gah lokal, gah da geniş sahələrə yayılan zərərlər veriblər. Bir sonrakı qarşılaşmanın nə zaman olacağını isə Allah bilir.
Alimlər 2028-ci ildə dünyanın çox yaxınından keçəcək asteroidin okeana düşməsini ehtimal edirlər. Amerika və Avropanın sular altında qalacağını, quruya düşərsə, daha çox böyük fəlakətlərin yaşanacağını bildiriblər. Asteroidin atmosferə girməsi zəlzələlərə və vulkan püskürmələrinə yol açacaq, yaranan toz buludları dünyanı qaranlığa qərq edəcək. Astronomlar belə bir asteroidin dünyaya yaxınlaşmasının olduqca böyük bir təhlükə yaradacağına diqqət çəkirlər. 21
Yenə alimlər 1993-cü ildə dünyamızın çox yaxınından keçən “Swift-Tuttle” adında bir quyruqlu ulduzdan bəhs edirlər. Bu ulduz 2126-cı ildə təkrar gözlənilir. Aparılan hesablamalar bu ulduzun dünya ilə toqquşma ehtimalının olduqca yüksək olduğunu, sadəcə iki həftəlik bir məsafə ilə dünyadan yan keçəcəyini ortaya çıxarıb. Bu isə olduqca yaxın bir məsafədir. Və bir çox alim bu yaxın məsafədən dolayı narahatlıq duyur. Bu cisimlərin orbitlərindəki nizamsızlıq Günəş sistemi içərisində müntəzəm toqquşma meydana gəlməsinə səbəb olur. Bu da əlbəttə, həm dünyanın, həm də digər planetlərin davamlı təhdid altında olması deməkdir. Mütəxəssislərə görə, tez və ya gec “Swift-Tuttle” və ya onun kimi bir nəsnə dünya ilə toqquşacaq. Bu obyektlərin bəziləri bütün dünyadakı nüvə silahlarının cəmindən daha artıq zərər verə biləcək qədərdir. Sadəcə bu hadisənin nə zaman olacağı bəlli deyil.
Pol Devis: “Quyruqlu ulduz toqquşduqdan sonra insanlıq tarixində ani və bənzərsiz bir aqibət meydana gələcəkdir”, - deyərək mövzunun əhəmiyyətini vurğulayır və meydana gələcək bir toqquşmanın insanların nəslini kəsəcəyini söyləyir. 22
“The Last Theree Minutes” (“Son üç dəqiqə”) adlı kitabında mövzuya olduqca geniş yer verən Pol Devis 2126-cı il, avqustun 21-də “Swift-Tuttle” adlı göy cisminin dünya ilə toqquşacağını və bu günün dünyanın son günü olacağını vurğulayır. Müəllifin anlatdıqları ilə Allah`ın Quranda qiyamət gününün olacağını bildirdiyi hadisələr bir-birinə son dərəcə yaxındır. Pol Devisin o günə aid təsviri bu şəkildədir:
"21 avqust, 2126. Son gün Yer: dünya...
Quyruqlu ulduz kiçik başı ilə şiddətli məhvedici gücünü sanki saxlayır. Dünyanın üzərinə saatda 40.000 mil sürətlə saniyədə 10 trilyon tonluq buz və qaya kütlələri gəlir. Səsin sürətinin 70 min mislində bir toqquşma meydana gələcək.
...Dəniz səviyyəsindən etibarən (sıfır metrdən etibarən) göy üzü yarılaraq açılar. Minlərcə kilometr kubluq hava təzyiq edər. Bir şəhər genişliyində sapsarı alov 15 saniyə içərisində dünyanı deşməyə başlayar. Planet, yəni dünya 10 min zəlzələyə uğramış kimi sarsıntıya tutular. Yeri dəyişdirən hava dalğası dünya üzərində nə varsa silib-süpürər, bütün tikililəri yerlə-yeksan edər. Yoluna çıxan hər şeyi əzib keçər. Toqquşmanın təsiri ilə meydana gələn kraterə dünyanın içindəkilər tökülməyə başlayar. Ərimiş qayalardan yaranmış bir divar dalğalanaraq ağır hərəkətlərlə çalxalanmağa başlayar.
Kraterin içində trilyonlarla ton qaya buxarlanır. Bir qismi havaya sıçrayar və çoxu kosmosa doğru uçar. Hələ bir qismi yüzlərlə, hətta minlərlə mil uzaqdan qitənin yarısına enmək üzrə yuxarı qalxar. Aşağıdakı hər şey böyük ölüm gətirəcək. Ərimiş tullantıların bir qismi okeana axaraq nəhəng sunamilərin meydana gəlməsinə səbəb olar. Tozlu tullantılar atmosferə yayılar və dünyanın orbitini əhatə edərək Günəş işığının gəlməsini əngəllər. Yerə Günəş işığı əvəzinə milyardlarla meteorun parlaqlığı işıq saçar. Bu işıq yandırıcı istisi ilə yeri qovurar." 23
Bu gün, şübhəsiz ki, heç də uzaq deyil. Buna səbəb olan sadəcə bir quyruqlu ulduzdur və belə bir quyruqlu ulduzun dünya ilə haçan toqquşacağı bəlli deyildir. Qiyamət insanlar hər nə qədər qəbul etmək istəməsələr də, qarşılarına heç də uzaq olmayan ehtimallarla çıxa bilər. Quranda mühüm bir həqiqət xəbər verilir. Şübhəsiz ki, qiyamət saatı insanlara get-gedə yaxınlaşmaqdadır:
“Göylərin və yerin qeybini bilmək ancaq Allah`a məxsusdur. Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!” (“Nəhl” surəsi, 77)