Ulduzların, Günəşin və Ayın vəziyyəti

Kosmosun qaranlıq və soyuq mühitinin əksinə olaraq dünyamızın işıqlanmasında və canlıların yaşaya biləcəyi orta bir istiliyin mövcud olmasında ən böyük amillərdən biri atmosferdir. Dünyamızı qoruyan bir tavan olaraq tanınan atmosferdə istinin və işığın yayılma xüsusiyyəti var. Qaranlıq bir yoldan keçərək dünyamıza çatan Günəş şüalarının yer üzünü işıqlandırması və isitməsi atmosferin daşıdığı bu xüsusiyyət sayəsində baş verir. Ancaq qiyamət günü gələndə yaradılan hər şey kimi göy də çatlayıb yarılacaq və bütün rolunu və dəyərini itirib Quranda bildirildiyi kimi, əriyərək axacaqdır. Quranda “Təkvir” surəsinin ilk ayəsində qiyamət günündən bəhs edilərkən “Günəş kor edildiyi zaman” ifadəsi işlədilir. Bu ifadədən Günəş işığının dünyaya artıq heç bir fayda verməyəcəyi anlaşılır.

Qiyamət günü dünyaya işıq verən Günəş və Ay qaralacaqdır. O gün dünyaya işıq gəlməməsinin tək səbəbi atmosferin yox olması deyil. Çünki Quranda da bildirildiyi kimi, o gün təkcə göylərin, yerin və ikisinin arasında olanların yox olduğu bir gün deyildir, bütün kainatın yox olduğu gündür. “Təğabun” surəsinin ilk ayələrində də bildirildiyi kimi, Allah hər şeyi mükəmməl və qüsursuz yaradan və hər dilədiyini istədiyi anda gerçəkləşdirməyə güc yetirəndir. Milyardlarla qalaktikanı və özündə hər qalaktikadakı milyardlarla ulduzu ehtiva edən kainatı O yaratmışdır və dilədiyi zaman da yox edəcək sonsuz qüdrət sahibi də Odur.

Kainatın genişliyini insan ağlının tam və real şəkildə qavraması mümkün deyil. Amma bir neçə rəqəmlə bu sirli dünyanın böyüklüyünü təxmini şəkildə anlamağa çalışa bilərik. Günəş Südyolunu təşkil edən 200-250 milyard ulduzdan biridir. Günəş Yer kürəsinin 109 qatı olduğuna baxmayaraq, kainatdakı kiçik ulduzlardan sayılır. Günəş ölçüsü 125 min işıq ili olan Südyolunun mərkəzindən 30 min işıq ili uzaqlıqdadır. Bu arada 1 işıq ili təxminən 9.460.800.000.000 kilometrdir. Dünya isə öz oxu ətrafında saatda 1670 km sürətlə fırlanan 6 katrilyard ton ağırlığında bir kütlədir. Günəş saatda 792.000 km sürətlə hərəkət edir. Südyolu öz oxu ətrafında saatda 900.000 km sürətlə fırlanır. Ancaq ağlı çaşdıran bu kainat qiyamət günü Allah`ın diləməsi ilə yerlə-yeksan olacaq, böyüklüyü tərif də edilə bilməyən ulduzlar Quranda ifadə edildiyi kimi, örtülüb silinəcək, yox olacaqlar.

Kainatın hər nöqtəsi Allah`ın varlığının, böyüklüyünün və gücünün ayrı bir dəlilidir. Bu nöqtələr ancaq Onun diləyi ilə, Onun dilədiyi müddətdə, Onun izni ilə yaradılıblar. Bu tarazlığı yaradan və qoruyan Allah bütün bunları, əlbəttə ki, dilədiyi şəkildə yox etməyə də qadirdir. Kainatın ölümü də yaradılışında olduğu kimi baş verəcək, yəni Onun izni ilə, Onun təqdir etdiyi şəkildə gerçəkləşəcək. O gün insanların dünya həyatı boyunca əzəmətinə heyran qaldıqları hər şey parça-parça ediləcək. Bütün planetlər, ulduzlar, Günəş və Ay öz orbitlərindən çıxacaq, ulduzlar töküləcək, göy cisimləri bir-bir öləcəkdir. Bütün bunlar Quranda belə bildirilir:

“Saat yaxınlaşdı, Ay parçalandı”. (“Qəmər” surəsi, 1)

Ayədə də bildirildiyi kimi, o gün artıq qaçacaq bir yer yoxdur. Dünya həyatı boyunca özünə Allah`dan başqa dost və yardımçı axtaran insanlar da artıq yönəlib dönüləcək həqiqi dost və yardımçının təkcə Allah olduğunu anlayıblar. O gün insanların əlçatmaz saydığı, görkəmli və möhtəşəm gördüyü ulduzların da ölüm günüdür. Ulduzlar orbitlərindən çıxaraq dağılıb yayılacaqlar:

“Ulduzlar dağılıb səpələnəcəyi zaman...” (“İnfitar” surəsi, 2)

Bəlli olduğu kimi, Günəş hər saniyə enerji istehsal edən bir ulduzdur. Kosmosdakı digər ulduzların bir çoxu isə Günəşdən qat-qat böyükdür və onun malik olduğu enerjidən daha yüksək enerjiyə sahibdir. Halbuki, qiyamət günü gələndə artıq hamısı güclərini itirirlər, bulanıqlaşıb tökülürlər. Quranda qiyamət günündə ulduzların vəziyyəti bu şəkildə bildirilir:

“Ulduzlar səpələnəcəyi zaman...” (“Təkvir” surəsi, 2)

“Ulduzlar sönəcəyi zaman...” (“Mürsəlat” surəsi, 8)

Minlərlə ildir işıq saçan, dünyanın həyat və enerji qaynağı olan Günəş və göy üzünü bəzəyən ulduzlar o gün qaralar. O zamana qədər onları orbitlərində tutan və işıq verməsini təmin edən sonsuz qüdrət sahibinin ulduzların da həqiqi sahibi olan Allah olduğunu və o ana qədər sadəcə Onun izni ilə yaradıldıqlarını hər kəs bir daha anlayar.

İnkarçılar o gün Allah`dan heç bir yardım görməzlər. Yardım görə biləcəkləri başqa hər hansı bir güc də yoxdur. Texnologiyanın çox inkişaf etməsi sayəsində kainatın uzaq bir guşəsinə getmək mümkün olsa belə, insanlar üçün artıq heç bir şey dəyişməyəcək. Əzab insanları orada da tapacaq. Çünki qiyamət bütün kainatı bürümüşdür. Təkcə üzərində bir zamanlar arxayınlıq içində yeridiyi yer üzü deyil, əlçatmaz saydığı uzaq ulduzlar da Allah`ın əmrinə boyun əyib və yox olublar. İnsanların ogünkü çarəsizliyi Quranda belə bildirilir:

“Ay tutulacağı; Günəşlə ay birləşəcəyi zaman - məhz o gün insan: “Qaçıb can qurtarmağa yer hardadır?” - deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur! O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir!” (“Qiyamə” surəsi, 8-13)