Heyvanların vəziyyəti
Gözləriniz önündə vəhşi heyvanları canlandırmağa çalışın: pələng, şir, canavar, çaqqal, ayı... Ancaq qəfəsdə ikən bir araya gələn bu heyvanlar qiyamət günündə hadisələrin təsiri ilə artıq mübarizəni bir tərəfə buraxacaq və bir araya toplanacaqlar. Minlərlə vəhşi heyvanın meydana gətirdiyi bu görüntünün dəhşəti və qorxulu cəhətləri isə açıq-aşkardır. Allah qiyamət günü təbiət və insan üzərində böyük dəyişikliklər olacağını olduqca çox ayədə bildirib. Eyni şəkildə, vəhşi heyvanlar o ağır gündən daha çox təsirlənəcəklər:
“Boğaz dəvələr başlı-başına buraxılacağı zaman... Vəhşi heyvanlar bir yerə toplanacağı zaman...” (“Təkvir” surəsi, 4-5)