Dağlar rəngarəng yun yumaqları kimi uçuşurlar
O gün dağlar, onların üzərindəki bitkilər, çiçəklər, bütün yaşıllıqlar və dağların içindəki ən müxtəlif mədənlər fərqli növ və rənglərdəki torpaqlarla birlikdə ətrafa səpələnəcək. Toz-duman olan dağlar bütün əzəmətli görünüşləri ilə birlikdə parçalanıb dağılacaq. Bu rəng haləsi ayələrdə rəngli yunlara bənzədilir:
“Dağlar isə didilmiş yun kimi olacaqdır!” (“Qariə” surəsi, 5)
“Dağlar da didilmiş yun kimi olacaqdır”. (“Məaric” surəsi, 9)
Qəhhar olan Allah`ın əmri o gün canlı-cansız bütün varlıqları öz təsiri altına almışdır. Qiyamət günü yaşanan hər səhnəyə böyük bir qorxu hakimdir. Ən kiçik bir sarsıntıda təşvişə düşən, bir zəlzələ ehtimalında ölüm qorxusundan saatlarla evinə girə bilməyən insanlar üçün gözlərinin önündə dağların yerindən oynadılması, yerin içindəkilərini çölə atması, qəbirlərin deşilməsi, insanların bir araya toplanması və fəlakətin fəlakət ardınca gəlməsi dözülməsi mümkün olan bir şey deyil. Artıq dünya üzərində güvənə biləcəkləri tək bir adam, sığına biləcəkləri tək bir məkan da yoxdur. Qarşılaşdıqları hadisələrin dəhşəti güclərinin yetdiyi sərhədləri çoxdan aşmışdır. Edə biləcəkləri heç bir şey yoxdur. Artıq dünya üzərində yeni bir başlanğıc şansı, gedilə biləcək hər hansı bir yer yoxdur. Yeni başlayacaq həyat axirətdədir, sonsuzdur və dünyada Allah`ın rizasını gözləyib yaşamayanlar üçün peşmanlıq və ağrı-acı ilə doludur. Zövqlər, ləzzətlər, həvəslər və müvəqqəti dünya həyatı artıq başa çatmış və yox olmuşdur. Qarşılaşdıqları dəhşət Allah`ın qüdrətini sərgiləyir.
Halbuki, bütün bunlar Allah`ın elçiləri və möminlər tərəfindən insanlara daha əvvəlcədən xəbər verilmişdi. Amma bu ölümcül güc onlara uzaq gəlmişdi; özləri kimi müvəqqəti şeylərə güvənmişdilər. Allah ayədə inkarçıların daha əvvəldən xəbərdar edildiklərini belə bildirir:
“İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər və peyğəmbərlərə tabe olarıq!” - deyərlər. Bəs, əvvəlcə, sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik, sizin üçün məsəllər də çəkdik”. (“İbrahim” surəsi, 44-45)
Halbuki, təhlükənin ortasında tək-tənhadırlar. Hər kəs canının hayına düşmüş, hər bir yaxın dost başqa bir yaxın dostu görməz olmuşdur. Qaçıb qurtulmaq artıq heç kimsə üçün söz mövzusu deyil. Artıq Allah`ın vədi gəlmişdir. O gün evlərdən qaçmaq da bir işə yaramaz. Sarsıntıdan təsirlənən sadəcə evlər deyil ki, çölə çıxmaq insanı yaxınlaşan aqibətdən qorusun! O gün var olan hər şey yox olur, yer üzü və dağlar hamısı birlikdə yerlərindən oynadılıb qaldırılır. Nə sığınıla biləcək bir yer, nə istinad edilə biləcək bir güc, nə də verilə biləcək bir tədbir vardır. Quranda yer üzünün və dağların parça-parça olduğu qiyamət günü bu şəkildə keçir:
“Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman - məhz o gün qiyamət qopacaqdır!” (“Haqqə” surəsi, 14-15)