Kainatın yox olması an məsələsidir
Dünyamız dörd bir yandan ölümcül təhdidlər altındadır. Çaşdırıcı məsələ isə bir çox insanın bu təhlükələrdən xəbərdar olmalarına baxmayaraq, sanki kainatın varlığını sona çatdıracaq heç bir təhlükə yoxmuş və həyatları çox böyük bir zəmanət altında imiş kimi hər şeyi qulaqardı edərək hərəkət etməsidir. Bu vəziyyətdə insanın ağlına nə ölüm, nə yox olma, nə də ölüm sonrası olacaqlar gələr.
Dünya ucsuz-bucaqsız boşluq içində uzun səyahət halındadır. Halbuki, dünyanın bu səyahətini davam etdirməsi üçün lazım olan şərtlər güman ediləndən də artıqdır. Dünya kosmosdakı bu səyahəti sırasında nəhəng kometalardan quyruqlu ulduzlara, qara dəliklərdən supernova partlayışlarına qədər bir çox təhlükə ilə qarşılaşır. Dünyanın öz orbitində qalması, sürətini sabit saxlaması, müvazinətini pozmaması, öz oxu ətrafında dövr edərkən, eyni zamanda da Günəşin ətrafında dövr etməsi, fırlanan zaman bir spiral orbit izləməsi, bu səyahəti zamanı hər an lazım olan bütün nisbət və tarazlıqları sabitləşdirməsi lazım gəlir ki, onun üzərində həyat ola bilsin.
Elə isə bu tarazlığın pozulmaması və ya xaricdən gələcək bir təhlükənin öldürücü zərər verməməsi üçün heç bir səbəb yoxdur. Alimlər bu təhlükənin varlığına hər fürsətdə diqqət çəkirlər. Onlar dünyanın bir təhlükə ilə hər an qarşılaşa biləcəyi məsələsində əllərindəki elmi faktlara istinad edərək həmfikirdirlər. Professor Çarlz Saqan bu vəziyyətə belə işarə edir:
"Yer üzü gözəl və olduqca sakit bir yerdir. Dəyişən şeylər olur, fəqət bunlar da çox yavaş inkişaf edir. Ola bilər ki, həyatınızı bir fırtınadan daha şiddətli bir təbii fəlakət görmədən tamamlayasınız. Beləcə, gərginliksiz və həyəcansız ola bilərik. Necə ki, təbiətin tarixində qalıqlar açıq-saçıqdır. Dünyaların hər zaman üçün yox olması qaçılmazdır. Biz insanlar belə öz fəlakətlərimizi yaratmağa varan bir texnikaya nail olmuşuq. Bu, qəsdən ola biləcəyi kimi bilmədən, ehtiyatsızlıq nəticəsində də gerçəkləşə bilər. Uzun keçmişin fəlakət izlərinin qorunduğu digər planetlərdə böyük fəlakətlərlə bağlı bir xeyli qalıq durur. Bütün iş zaman problemindədir. Yüz il içində olması düşünülməyəcək bir fəlakət yüz milyon ildə gerçəkləşə bilər. Yer kürəmizdə içində olduğumuz əsrdə belə pis təbii hadisələrlə qarşılaşmışıq" 3
Kainatın yuxarıda da sayılan səbəblərdən birinin nəticəsində yox olması ehtimalı heç də çaşdırıcı deyildir. Allah`ın qiyamət günündə olacağını söylədiyi hadisələr bəlkə də dünyadakı bütün bu tarazlığın pozulması ilə meydana gələcəkdir. Son dərəcə qüsursuz bir şəkildə işləyən bu nizamın pozulması dalbadal gələn fəlakətlərlə nəticələnə bilər. Bax, insanların özlərindən bu qədər uzaq gördüyü, hətta varlığını da ehtimal etmədikləri qiyamət günü onların özlərinə bəlkə də çox yaxındır.