Qara dəlik ehtimalı

Qara dəlik hər şeyi içinə çəkən, kosmosun olduqca sıx olan bir parçasıdır. Cazibə gücü həddən çoxdur, bu səbəbdən, qara dəliklərin cazibə sahələrinə girən hər hansı bir kütlənin bu cazibədən qaçmaq şansı yoxdur.

Qara dəlik eynilə tozsoran aparatının xortumu kimi ətrafındakı hər şeyi içinə çəkir. Tonlarla ağırlıqdakı kütlələrə sahib olan planetlər, peyklər, asteroidlər, hətta ulduzlar belə qara dəliyin cazibə gücünə qarşı dayana bilməzlər. Bir dəfə qara dəliyin cazibə sahəsinə girdikdən sonra artıq əsla geriyə dönüş yoxdur.

Yaxşı, bəs qara dəlik içinə girən hər şeyi niyə çəkir?

Bəlli olduğu kimi, hər cismin müəyyən bir cazibə qüvvəsi var. Buna dünyanın cazibə gücünü misal göstərə bilərik. Bir daşı havaya atdığınızda daş atış sürətinə bağlı olaraq bir müddət yol aldıqdan sonra yerin cazibə qüvvəsi səbəbi ilə təkrar yerə düşər. Bir cismin dünyanın cazibə gücündən qurtula bilməsi üçün bəlli bir sürəti üstələməsi lazım gəlir ki, bu sürətə “qaçış sürəti” deyilir. Məsələn, bir raketin bir müddət yüksəldikdən sonra təkrar düşməməsi üçün qaçış sürəti ilə hərəkət etməsi lazım gəlir. Dünyanın qaçış sürəti saniyədə 11,2 km-dir. Bu səbəblə, raketin kosmosa gedə bilməsi üçün saniyədə 11,2 km-lik sürətlə hərəkət etməsi lazım gəlir.

Qara dəliyin qaçış sürəti isə işıq sürətindən artıqdır. Yəni qara dəliyin cazibə sahəsinə girən bir cisim onun cazibə gücündən qurtulması üçün işıq sürətindən artıq sürətlə qara dəlikdən uzaqlaşmalıdır. Ancaq heç bir maddə işıq sürətini aşmayacağı üçün qara dəliyin cazibə qüvvəsi sahəsindən qurtula bilməz. Belə ki, saniyədə 300.000 km kimi yüksək sürətlə hərəkət edən işıq topaları belə qara dəliyin cazibə gücünə qarşı dura bilmir. Bu səbəbdən, işığı da udan bu göy cisimləri hər zaman qaranlıqdır. Odur ki, kosmosda müdhiş sürətlə irəliləyən dünyamızın bir gün belə qara dəliyin cazibə sahəsinə girməməsi üçün heç bir səbəb yoxdur.

Həmçinin ABŞ astronomları Günəş sistemimizin də içində yer aldığı Südyolu qalaktikasının mərkəzində hər biri Günəş böyüklüyündə milyonlarla ulduzu uda biləcək ölçüdə və hələ aktiv olan iki dənə qara dəlik aşkar etdiklərini açıqladılar.

Amerika Astronomiya Dərnəyi illik toplantısında açıqlanan elmi raportlara görə, qara dəliklərdən biri Süd yolunun tam mərkəzində, dünyadan 26.000 işıq ili uzaqlıqdadır. “Saqittarus A” (A-Star) adı verilən qara dəliyin əhatə etdiyi həcm bizim Günəş sistemi böyüklüyündədir, ancaq kütləsi milyonlarla dəfə artıqdır. Hesablamalara görə, 2,6 milyard Günəş kütləsinə bərabər bu qara dəlik ətrafındakı ulduzları saniyədə 965 km-lik sürətlə özünə doğru çəkir. Bu, şübhəsiz ki, önəmli hərəkət və eyni nisbətdə də böyük bir təhlükədir. Süd yolunun tam ortasında belə bir təhlükənin mövcudluğu dünyanı təhdid edən qara dəlik təhlükəsinin hansı miqyasda olduğunu göstərir.

Dünyadan 40.000 işıq ili o biri tərəfdəki disk şəklindəki “Old Faithful” adlı ikinci qara dəlik isə daha böyükdür. Bu qara dəlik ətrafındakı ulduzları doymaq bilməyən bir canavar kimi davamlı olaraq udur.

A-Starın saniyədə 965 km kimi yüksək sürətlə ətrafındakı ulduzları çəkməsi qara dəliyin bu ulduzları udduqdan sonra cazibə gücünün artacağını göstərir. Beləcə, ətrafındakı nəsnələri daha böyük sürətlə çəkməyə başlayaraq bu müddət ərzində inanılmaz cazibə gücünə sahib olacaq.

Daha əvvəl anlatdığımız kimi, qara dəliklər işıq topalarını da udurlar. Bundan dolayı ən müasir teleskoplar vasitəsi ilə yaxınına da gedilsə, görünüb seçilməzlər. Bu səbəblə, onların kəşf edilməsi və varlığına əmin olmaq üçün bəzi çalışmaların və ölçmələrin aparılması lazım gəlir. Alimlərin təsbit etdiyi qara dəliklərin mövcudluğu çeşidli ehtimallara nəzərən aparılan ölçmələr nəticəsində isbatlanmışdır. Bu anda aparılan çalışmaların yetərsizliyi səbəbi ilə varlığı isbatlanmayan daha bir neçə qara dəliyin mövcud olması ehtimalı olduqca güclüdür.

Belə ki, bu gün bir çox alim Günəşin bir tayının olduğunu və bu ulduzun sonradan qara dəliyə çevrilmiş ola biləcəyini bildirir. Bu təxminin səbəbi də Süd yolundakı bütün ulduzların ikili, üçlü, beşli qruplar halında olmasıdır. Günəşin tək ulduz olması bir çox alimə onun bir tayının (oxşarının) olub sonradan qara dəliyə çevrilmiş olması ehtimalını düşünməyə əsas verir. Bu ehtimalı gücləndirən dəliklər isə az sayılmayacaq qədər yüksəkdir. Bu nəzəriyyə bu gün araşdırılır: fəqət Günəşin dünyamızdan sadəcə 50 milyon km uzaqda olduğunu düşünsək, belə bir ehtimalın dünyamız üçün nə dərəcədə böyük təhlükə törətdiyi açıq şəkildə ortadadır. Qısası, bizim xəbərimiz olmadığı bir anda dünyamızın hər hansı bir qara dəliyin cazibə sahəsinə girməməsi üçün heç bir səbəb yoxdur.

Bu gün bir çox alim dünyanın ehtimal olunan qara dəliklər tərəfindən udulması ilə yox olacağını düşünür. Dünya belə bir qara dəliyin içinə girməsə belə, bir qara dəliyin olduğumuz sistemin yaxınından keçməsi güclü fəlakət ehtimalıdır. Qara dəlik səssiz-səmirsiz Günəş sisteminə yaxınlaşdıqda nələr olar?

Belə bir göy cisminin olduğumuz sistemin yanından keçməsi bir çox planetin orbitlərindən çıxmasına səbəb ola bilər. Əlbəttə, buna bənzər bir çox hadisə nəticəsində dünyadakı olduqca çox tarazlıq alt-üst olacaqdır. Yüzlərlə, minlərlə asteroid belə bir cazibə qüvvəsindən təsirlənə bilər. Bunlardan qara dəliyə özləri çəkilənlər ola biləcəyi kimi cazibədən təsirlənən yüzlərlə, ya da minlərlə göy cismi də dünyaya düşə bilər.