Dənizlərin yanması

Dünyanın dörddə üçünü örtən ən böyük su kütləsi olan dənizlərin bir anda qaynamağa, pıqqıldamağa başlaması, həqiqətən də, insanın gözündə çox çətin canlana biləcək bir mənzərədir. İnsanın o anın dəhşətini anlaya biləcək təcrübəsi yoxdur. Ancaq bunu qismən də olsa, zehində canlandırmaq olar. Bu günə qədər təkcə vulkan partlayışı, duru yanacaq daşıyan bir tankerdə yanğın baş verməsi nəticəsində belə mənzərənin yaranmasına şahid olmuş, onu televiziyada, rəsmlərdə görmüsünüz. Ancaq ayələrdə bizlərə verilən izahlar bu misallarla müqayisə edilməyəcək qədər möhtəşəmdir. Yalnız Allah`ın sonsuz böyüklüyünü, sonsuz qüdrətini bilməyimiz bizi yaşanacaq fəlakətin miqyası haqqında fikir sahibi edər. Allah kainatda yaratdığı və qoruduğu bu nizamı istədiyi şəkildə dəyişdirməyə və hər şeyi bir plan daxilində alt-üst etməyə qadirdir.

O gün yerin bütün kütləsini çölə atması yerin altındakı təxminən 4.500 S dərəcə istilikdə nüvənin imkan tapdığı hər yerdən çölə daşacağı mənasına gəlir. Buna, şübhəsiz ki, dənizlərin altında olanlar da daxildir. Hər hansı bir kompyuter proqramında lavaların dənizin içindəki çıxışını izləyənlər bu qaynar maddənin dəniz suyunda yaratdığı və ağlı donduran bir mənzərəyə şahid olublar. Halbuki, qiyamət günü gerçəkləşəcək görüntü bu mənzərədən daha fərqli, daha əhatəli və daha dəhşətli olacaq. Yer üzündəki bütün dənizlər alovlar içində qalacaq, qarşısıalınmaz bir atəş və alov kütləsi insanlara yönələcək. O gün bütün dənizlər alışdırılmışdır.

Allah bu məsələ ilə bağlı ayəni “Təkvir” surəsində bu şəkildə buyurur:

“Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman...” (“Təkvir” surəsi, 6)

Yaşanan hadisələr nəticəsində quruda olduğu kimi, dənizdə də həyat sona çatacaq. Adi vaxtda sərinlik və rahatlıq hissi verən dənizlər bir anda ətrafa müdhiş istilik yayacaqlar. Dənizlərdə nəhəng dalğaların əvəzinə alov buludları yer alacaq, havadakı duman oksigeni böyük nisbətdə tükəndirəcək. Ucsuz-bucaqsız dənizlərin alovlanan və şiddətlə pıqqıldayan görüntüsü dünyanın geniş bir sahəsinə hakim olacaq və özü ilə olduqca çox fəlakətlər gətirəcəkdir.